Ali Məhkəmədən xarici hökmlərin ölkəmizdə tanınmasına dair mühüm qərar
Tarix: 21-11-2025 | Saat: 15:13
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası xarici hökmün tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
aia.az xəbər verir ki, Rusiya istintaq oraqanları tərəfindən irəli sürülmüş ittiham əsasən, şəxs 2007-ci il 11 avqust tarixində Rusiyanın Rostov vilayətində tanışı Y. Kovalevanın evinə qanunsuz daxil olaraq oğurluq etməyə cəhd edib. Hadisə zamanı onu görən qohum A. Nazarenkoya bıçaqla xəsarətlər yetirərək ölümünə səbəb olub. Rusiya istintaq orqanlarının məlumatına əsasən, hadisə yerindən götürülmüş barmaq izləri Abdullayevə məxsus olub və o, ilkin mərhələdə cinayəti etiraf edib.
Rusiya məhkəmələri işi şəxs barəsində qiyabi qaydada araşdıraraq onu 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Azərbaycanda həmin hökmün tanınması üçün edilən müraciətə isə apellyasiya instansiyası tərəfindən imtina verilib.
Sonradan Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət olunub.
Ali Məhkəmə qəbul etdiyi qərarda bildirib ki, xarici dövlətin qiyabi hökmünün tanınması məsələsinə yanaşmada əsas diqqət müdafiə hüquqlarının real təminatı və beynəlxalq standartlara uyğunluğun qiymətləndirilməsinə yönəlməlidir. Məhkəmə vurğulayıb ki, müxtəlif ölkələrin cinayət-prosessual qanunvericiliklərində qiyabi icraata fərqli yanaşmalar mövcud olsa da, bu fərqliliklər hökmün tanınmasından imtina üçün avtomatik əsas ola bilməz. Əsas meyar – şəxsin müdafiə imkanlarının reallaşdırılması üçün real şəraitin yaradılıb-yaradılmamasıdır.
Məhkəmənin mövqeyinə görə, müdafiəçinin formal iştirakının təmin edilməsi müdafiə hüququnun tam təmin edilməsi demək deyil. Müdafiə fəaliyyəti şəxsin prosessual hüquqlarının aktiv qorunmasını nəzərdə tutur. Bu baxımdan məhkəmə xüsusilə tərcümə təminatının olub-olmamasını, müdafiəçinin seçimi ilə bağlı şəffaflığı, ifadə və etirafların işgəncə və ya digər qanunsuz təsirlərlə əldə edilib-edilməməsinin araşdırılmasını, məhkəmə prosesini obyektiv əks etdirən protokolların və audio-video yazıların mövcudluğunu qiymətləndirməyin vacibliyini qeyd edib. Bu materiallar təqdim edilmədiyinə görə Ali Məhkəmə müdafiə hüquqlarının real təminatı barədə obyektiv qiymətləndirmə aparmağın mümkün olmadığı qənaətinə gəlib.
Məhkəmə həmçinin qiyabi hökmlərin beynəlxalq hüquq normalarındakı yerini təhlil edərək qeyd edib ki, qiyabi məhkumetmənin özü hüquq pozuntusu hesab edilmir. Beynəlxalq sənədlərdə ən mühüm təminatlardan biri şəxsin qiyabi hökmə qarşı etiraz imkanı və işin onun iştirakı ilə yenidən araşdırılması hüququnun mövcudluğudur. Bu səbəbdən xarici hökmün tanınması həmin təminatların mövcudluğu və təqdim olunan sübutların etibarlılığı prizmasından qiymətləndirilməlidir.
Ali Məhkəmə əlavə edib ki, hökmün Rusiya Federasiyasında kassasiya qaydasında mübahisələndirilməməsi onun tanınmasından imtina üçün əsas deyil, çünki hökm artıq apellyasiya instansiyasından keçərək qanuni qüvvəyə minib. Bununla yanaşı, məhkəmə qeyd edib ki, tanınma məsələsində əsas araşdırma yükü apellyasiya instansiyasının üzərinə düşür və bu məhkəmə iş üzrə tam, qərəzsiz və hərtərəfli məlumat toplamalı idi. Lakin tələb olunan materiallar Rusiya tərəfindən təqdim olunmadığı halda apellyasiya məhkəməsinin qərara gəlməsi tələsilmiş addım kimi qiymətləndirilib.
Göstərilən arqumentləri nəzərə alan Ali Məhkəmə belə nəticəyə gəlib ki, müdafiə hüquqlarının pozulub-pozulmadığının obyektiv qiymətləndirilməsi üçün zəruri sübutlar toplanmalı, Rusiyadan istintaq materiallarının tam həcmi, məhkəmə iclaslarının protokolları və əgər mövcuddursa, məhkəmə iclaslarının audio-video yazıları əldə olunmalı, işgəncə iddiaları araşdırılmalı və yalnız bundan sonra hökmün tanınması və ya tanınmadan imtina barədə əsaslandırılmış qərar verilməlidir. Bu səbəbdən Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən baxılması üçün həmin məhkəməyə qaytarıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər