Mobil versiya
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbirlər keçirilib
Tarix: 21-11-2025 | Saat: 19:31
Bölmə:Özəl | çapa göndər

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbirlər keçirilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, ərazi partiya təşkilatlarında YAP-ın təsis edilməsinin 33-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub.

aia.az xəbər verir ki, tədbirlərdə çıxış edənlər bildiriblər ki, 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi olmuş, ölkəmizin xilası və inkişafına aparan yolun əsasını qoymuşdur. Partiyanın təsis edilməsi Azərbaycan dövlətçiliyinin qorunması, sabitliyin bərpası və milli birliyin möhkəmləndirilməsi istiqamətində mühüm tarixi hadisə kimi dəyərləndirilir.

Qeyd olunub ki, YAP-ın yaranması ilə Azərbaycanın siyasi sistemində yeni mərhələ başlamış, dövlət quruculuğu prosesində ardıcıl və məqsədyönlü strategiya formalaşmışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan siyasi xətt insan hüquq və azadlıqlarının təmininə, demokratik institutların inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və ölkə həyatının bütün sahələrinin dirçəlişinə güclü təkan vermişdir.

Tədbir iştirakçıları vurğulayıblar ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün YAP müasir, dinamik, xalqın maraqlarına xidmət edən siyasi qüvvə kimi öz mövqeyini daha da möhkəmləndirir. Partiyanın fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik, hüquqi islahatlar və idarəetmə dayanıqlılığı təmin edilmiş, Azərbaycanın regionda lider dövlətə çevrilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.

Xüsusilə qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan dövlətçiliyinin tarixində yeni şanlı səhifə açmış, ölkəmizin suverenliyi tam təmin edilmişdir. Bu müzəffər tarix həm də YAP-ın siyasi xəttinin, milli həmrəyliyin və dövlət-vətəndaş birliyinin bariz nümunəsi kimi dəyərləndirilir.

Sonda bildirilib ki, Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti ölkəmizin inkişaf salnaməsində mühüm yer tutur və partiyamız bundan sonra da Azərbaycanın güclənməsi, rifahının yüksəlməsi və milli dövlətçilik ideyalarının daha da möhkəmlənməsi üçün ardıcıl fəaliyyət göstərəcəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2025