Mobil versiya
ABŞ Venesuelada yerləşən "Tren de Aragua" təşkilatına qarşı yeni sanksiyalar tətbiq edib
Tarix: 03-12-2025 | Saat: 21:24
Bölmə:Özəl | çapa göndər

ABŞ Venesuelada yerləşən "Tren de Aragua" təşkilatına qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ administrasiyası Venesuelada yerləşən və "xarici terror təşkilatı" kimi tanınan Tren de Aragua (TdA) dəstəsi ilə əlaqəli yeni sanksiyalar elan etdi.

ABŞ Maliyyə Nazirliyi Venesuelada yerləşən dəstənin narkotik ticarəti, miqrant və insan alveri, şantaj, qadın və uşaqların cinsi istismarı, çirkli pulların yuyulması və adam öldürmə kimi müxtəlif cinayətkar fəaliyyətlərdə iştirak etdiyini bildirib.

Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) çirkli pulların yuyulması ilə bağlı TdA ilə əsas əlaqələri olan şəxslərə və qurumlara sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bəyanatda həmçinin qeyd olunub ki, "Rosita" kimi tanınan venesuelalı DJ və model Ximena Romina Araya Navarro sanksiya siyahısındadır.Bəyanatda Rositanın təşkilatın lideri ilə əlaqələri olduğu, əvvəllər ona həbsdən qaçmağa kömək etdiyi və həmçinin təşkilatı narkotik satışı və gecə klubu tədbirlərindən əldə edilən gəlir vasitəsilə maliyyələşdirdiyi bildirilir.

OFAC həmçinin TdA-nın maliyyə işçilərini və hücrə liderlərini, eləcə də təşkilatın qitədəki kommersiya fəaliyyətində istifadə olunan şirkətləri sanksiya siyahısına əlavə edib.

Bəyanatda şərhləri yer alan ABŞ Maliyyə Naziri Skott Bessent ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə "terrorçu kartellərin" artıq ölkə sərhədlərindən kənarda cəzasız fəaliyyət göstərə bilməyəcəyini vurğulayıb.

Tren de Araguanın narkotik və insan alveri fəaliyyətlərinin uzun müddətdir ki, ABŞ üçün ciddi təhlükə yaratdığını qeyd edən Bessent deyib: "Prezident Trampın göstərişi ilə bu terrorçuları ABŞ və qlobal maliyyə sistemindən uzaq tutmaq və Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün mövcud olan hər bir vasitədən istifadə etməyə davam edəcəyik".

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-12-2025