ABŞ Milli Qvardiyasının atışmasında şübhəli bilinən Lakanval günahsız olduğunu bildirib
Tarix: 03-12-2025 | Saat: 17:26
Bölmə:Özəl | çapa göndər

Ötən həftə ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən silahlı hücumda şübhəli bilinən Əfqanıstan vətəndaşı Rəhmanullah Lakanval günahsız olduğunu iddia edib.
"New York Times" qəzetinin məlumatına görə, 29 yaşlı şübhəli Lakanval Vaşinqton Ali Məhkəməsindəki dinləməyə xəsarətləri səbəbindən müalicə aldığı xəstəxanadan onlayn şəkildə qatılıb.
Məhkəmə iclasında prokurorlar Lakanvalın birinci dərəcəli qətl, öldürmək niyyəti ilə hücum, odlu silah saxlama və zorakılıq cinayəti zamanı odlu silah saxlama ittihamları ilə ittiham olunacağını açıqladılar.
Ali Məhkəmənin hakimi Rene Raymond çıxışında Lakanval əleyhinə işin "son dərəcə güclü" olduğunu bildirdi.
"Onun gün ərzində silahlı keşik çəkdiyini göstərən video görüntülər var və Milli Qvardiya üzvləri də daxil olmaqla bir qrup hüquq-mühafizə orqanı əməkdaşının öldürüldüyünü və yaralandığını görəndə onlara tərəf dönüb atəş açmağa başladı", - deyə Raymond bildirib.
Hücumun şərtlərinin Lakanvalın azadlığa buraxılmasını tələb edəcək "heç bir kombinasiya yaratmadığını" qeyd edən Raymond şübhəlinin girov müqabilində azadlığa buraxılmaması qənaətinə gəldi.
Vaşinqton Polis Departamenti bildirib ki, Ağ Evin yaxınlığında vəzifə yerinə yetirən iki Milli Qvardiya üzvü 26 noyabrda yerli vaxtla təxminən saat 14:15-də güllələnib və şübhəli tutulub.
Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel, araşdırmaların nəticələrinə əsasən tək hücumçunun həbs olunduğunu açıqladı.
ABŞ Kolumbiya Dairəsi prokuroru Jeanine Pirro şübhəlinin 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanullah Lakanval, vurulan Milli Qvardiya üzvlərinin isə Sarah Beckstrom (20) və Andrew Wolfe (24) olduğunu müəyyən etdi.
Pirro, Lakanvalın aldığı xəsarətlərdən sağalacağını və hökumətin ölüm cəzasının istənilib-istənilməməsi ilə bağlı qərarı ABŞ Baş prokuroru Pam Bondiyə buraxacağını bildirdi.
Bekstrom hücumda öldürüldü, Wolfenin isə vəziyyətinin ağır olduğu bildirilir.
Bu arada, ABŞ mediasında yayılan xəbərlərdə Lakanvalın 15 yaşında Əfqanıstanda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) işləməyə başladığı və bölməsinin verdiyi itkilərdən "narahat" olduğu bildirilirdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-12-2025