"İl çox mürəkkəb və problemli məsələlərlə başladı" - Komitə sədri
Tarix: 21-01-2026 | Saat: 13:49
Bölmə:Siyasət | çapa göndər

"İl çox mürəkkəb və problemli məsələlərlə başladı. Bizim mövqeyimiz dürüst, açıq və konkretdir. Biz siyasətimizi ən yüksək səviyyədə təqdim və təşviq edirik. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik".
aia.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri, deputat Səməd Seyidov deyib.
"Regionumuz Azərbaycanın mövqeyi nəzərə alınmadan təhlil oluna bilməz. Regionumuz Azərbaycanın mövqeyi olmadan hansısa dəyişikliklərə məruz qala bilməz. Azərbaycan bunu sübut etdi", - deyə S.Seyidov bildirib.
Deputat Nigar Arpadarai bildirib ki, beynəlxalq münasibətlər arxitekturası dəyişir: "Hər gün bu dəyişikliklərin təzahürlərini görürük. Bu da təbii ki, özü-özlüyündə müəyyən risklər gətirir və bunlara hazır olmalıyıq. Bu baxımdan Azərbaycan çox uğurlu siyasət aparır. Bu il çətin il olacaq. Dəyişiklikləri görürük. Azərbaycan dövləti ildən-ilə güclənir, olan reallıqlara uyğunşalır".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2026