Davosda səslənən sülh və əməkdaşlıq strategiyası- DEPUTAT YAZIR
Tarix: 21-01-2026 | Saat: 17:33
Bölmə:Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Qərbi Azərbaycan / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Dünya iqtisadiyyatının və siyasətinin mərkəzi sayılan Davos İqtisadi Forumu 2026-cı ilin yanvarında Azərbaycanın növbəti diplomatik zəfərinə şahidlik etdi. Cənab Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə, təkcə ölkəmizin deyil, bütün Avrasiya məkanının gələcək onilliklərini müəyyən edən strateji bir manifest xarakteri daşıyır. Bu müsahibə göstərdi ki, Azərbaycan qlobal sistemin fundamental sarsıntılar keçirdiyi bir dövrdə öz milli maraqlarını beynəlxalq hüququn aliliyi ilə uzlaşdıran nadir dövlətlərdən biridir. Bu nailiyyətin arxasında isə cənab Prezidentin illərlə səbirlə və dəqiqliklə yürütdüyü, hər bir addımı zərgər dəqiqliyi ilə hesablanmış müdrik xarici siyasət kursu dayanır. Dövlət başçısının qeyd etdiyi kimi, artıq dünyada vəziyyəti qanunun gücü deyil, gücün qaydası idarə etməyə başlasa da, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam hüquqi çərçivədə bərpa edərək dünyaya həm hərbi, həm də diplomatik ədalət dərsi keçmişdir.
Müsahibənin ən mühüm və qürurverici məqamlarından biri Prezident İlham Əliyevin sülh quruculuğuna verdiyi misilsiz töhfələrə görə nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsidir. Bu yüksək mükafat Müzəffər Ali Baş Komandanın təkcə mahir bir strateq deyil, həm də bəşəri dəyərlərə sadiq olan humanist bir lider olduğunun növbəti qlobal təsdiqidir. Bu təltif Azərbaycanın otuz illik işğala son qoyaraq regiona gətirdiyi sabitliyin beynəlxalq etirafıdır. Belə bir nüfuzlu mükafatın məhz Qafqazda sülhün faktiki olaraq bərqərar olduğu bir vaxtda verilməsi rəsmi Bakının humanizm dəyərlərinə sadiqliyini təsdiqləyir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan son beş-altı aydır ki, tarixində heç vaxt olmadığı qədər real sülh şəraitində yaşayır və bu yeni reallıq bütün tərəflər üçün misilsiz fürsətlər açır.
Bu fürsətlərin ən bariz nümunəsi Ermənistanla münasibətlərin artıq düşmənçilikdən əməkdaşlıq müstəvisinə keçməsidir. Azərbaycanın Ermənistana gedən yüklər üzərindəki bütün məhdudiyyətləri aradan qaldırması və daha da önəmlisi, bu ölkənin ehtiyac duyduğu neft məhsulları kimi strateji malların tədarükünə başlaması regionda "əbədi sülh" hədəfinin nə qədər səmimi olduğunu göstərir. Cənab Prezidentin bu ali humanist addımı Azərbaycanın intiqam deyil, tərəqqi tərəfdarı olduğunu və bütün regionun lideri missiyasını layiqincə daşıdığını bir daha sübut edir. Lakin regionda bu qədər pozitiv dinamika olduğu halda, bəzi Qərb təsisatlarının, xüsusilə Avropa Parlamenti və Avropa Şurasının nümayiş etdirdiyi mövqe təəccüb və təəssüf doğurur. Bu qurumlar faktiki olaraq erməni lobbisinin təsiri altına düşərək, "ermənidən çox ermənilik etmək" azarına tutulublar. Ermənistanın özünün Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığı bir vaxtda, bu təşkilatların hələ də Bakını əsassız "təcavüzdə" ittiham etməsi siyasi korluqdan başqa bir şey deyil. Cənab Prezident İlham Əliyevin bu qurumların qərəzinə cavab olaraq "biz artıq onlara reaksiya vermirik" deməsi, Azərbaycanın öz yoluna olan sarsılmaz inamının və həmin institutların obyektivliyini tamamilə itirməsinin ən kəskin ifadəsidir.
Enerji təhlükəsizliyi məsələsində də Azərbaycan artıq əvəzolunmaz bir aktora çevrilmişdir. Bu gün ölkəmiz 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzvünə təbii qaz ixrac edərək boru kəməri coğrafiyasına görə dünyada liderlik edir. Suriya kimi yeni bazarlara çıxış isə Azərbaycanın ixrac potensialının sərhəd tanımadığını göstərir. Bütün bu faktlar cənab Prezidentin onilliklər öncə əsasını qoyduğu enerji strategiyasının bu gün dünyanı xilas edən bir gücə çevrilməsinin təntənəsidir.
Nəticə etibarilə, Davosdan ucalan bu səs sadəcə bir dövlət başçısının müsahibəsi deyil, qalib bir xalqın və onun dəmir iradəli Liderinin dünyaya elan etdiyi yeni eradır. Cənab Prezident İlham Əliyev öz uzaqgörənliyi ilə Azərbaycanı təkcə regionun deyil, dünyanın taleyini həll edən güc mərkəzlərindən birinə çevirmişdir. Bu gün Bakıdan başlayan sülh və inkişaf rüzgarı, siyasi korluq çəkən mərkəzlərin bütün qərəzli cəhdlərinə rəğmən, tarixin axarını dəyişir. Azərbaycan öz Liderinin rəhbərliyi altında yeni zirvələrə doğru inamla irəliləyir və bu zəfər yürüşünü heç bir qüvvə dayandıra bilməyəcəkdir!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2026