Prezident İlham Əliyevin Davos müsahibəsi: sülh, təhlükəsizlik və enerji diplomatiyasının prioritetləri
Tarix: 21-01-2026 | Saat: 19:40
Bölmə:Siyasət | çapa göndər

Müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün əvvəlki kimi mütləq xarakter daşımadığı açıq şəkildə müşahidə olunur. Bu reallıqdan çıxış edən Azərbaycan öz strateji məqsədlərini milli maraqlar əsasında müəyyən etmiş və beynəlxalq hüququn norma və prinsiplərinə tam riayət etməklə düzgün hesab etdiyi siyasi xətti ardıcıl şəkildə həyata keçirmişdir. İstər siyasi inkişaf istiqamətində atılan addımlar, istərsə də ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə uyğun olmuşdur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq münasibətlər sistemi bu gün yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələdə qlobal proseslər artıq daha çox qanunun aliliyi deyil, güc amili ilə tənzimlənir ki, bunun da nümunələrini dünyanın müxtəlif regionlarında müşahidə etmək mümkündür. Məhz bu şərait hər bir dövlətin öz strategiya və siyasətini mövcud potensialına uyğun formalaşdırmasını, mümkün qədər geniş coğrafiyada — ilk növbədə regional, daha sonra isə qlobal müstəvidə etibarlı tərəfdaşlıq münasibətləri qurmasını zəruri edir. Azərbaycan bu yanaşma əsasında uğurlu xarici siyasət modeli formalaşdırmağa nail olmuşdur.
Dövlət başçısı “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi beynəlxalq miqyasda nüfuzlu bir mükafata layiq görülməsini özü üçün böyük şərəf kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev bu qərarı otuz ildən artıq müddət ərzində qanlı münaqişə və müharibələrdən əziyyət çəkmiş Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində Azərbaycanın göstərdiyi ardıcıl və məqsədyönlü səylərə verilən yüksək qiymət kimi qəbul etdiyini vurğulamışdır.
Qeyd edilmişdir ki, bu gün Cənubi Qafqaz regionu yeni inkişaf mərhələsinə qədəm qoyur. Artıq bir neçə aydır ki, regionda sülh şəraiti hökm sürür və bu reallıq həm cəmiyyət üçün yeni bir hiss, həm də tarixi fürsət kimi dəyərləndirilir. Azərbaycanın müstəqillik tarixi ərzində ilk dəfə olaraq sülh şəraitində yaşaması xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin mahiyyəti dəyişərək əməkdaşlıq müstəvisinə keçməkdədir. Bu çərçivədə Ermənistana yönələn yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılmış, eyni zamanda həmin ölkənin ciddi şəkildə asılı olduğu əsas malların, xüsusilə neft məhsullarının təchizatına başlanılmışdır. Bu proses qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mühitinin formalaşdığını göstərir.
Prezident İlham Əliyev eyni zamanda qeyd etmişdir ki, Azərbaycan daxilində hər hansı potensial təhlükə və risk mövcud deyil. Bununla belə, hər bir dövlət kimi Azərbaycan da öz sərhədləri boyunca sabitliyin təmin olunmasına xüsusi önəm verir.Ölkəmiz üçün mümkün risklərin yalnız xarici mənbələrdən qaynaqlana biləcəyini bildirən dövlət başçısı qonşu regionlarda sabitliyin qorunmasının mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Bu baxımdan, regionda, xüsusilə də İranda müşahidə olunan müəyyən qeyri-sabitlik hallarının narahatlıq doğurduğu qeyd edilmişdir. Azərbaycanın işğal və müharibə nəticəsində ağır itkilər verdiyini xatırladan Prezident vurğulamışdır ki, sülh və sabitlik istənilən ölkə üçün inkişaf və uğur qazanmağın yeganə yoludur.
Enerji təhlükəsizliyi məsələsinə toxunan Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan Cənubi Qafqaz regionunda enerji ehtiyatlarına malik olan və bu ehtiyatları digər ölkələrə neft və qaz şəklində ixrac edən yeganə dövlətdir. Regionun digər ölkələri, uzun illər Gürcüstan, hazırda isə Ermənistan enerji resurslarını əsasən Azərbaycandan idxal edir. Azərbaycan Avropa və Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığını davamlı şəkildə genişləndirir. Hazırda ölkəmiz 16 dövlətə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ixracının coğrafi əhatəsinə görə Azərbaycan dünya üzrə birinci yerdə qərarlaşır.
Azərbaycan zəngin təbii resurslara, inkişaf etmiş nəqliyyat-logistika sisteminə və müasir boru kəməri infrastrukturuna malikdir. Bir çox Avropa ölkələri ilə qurulan etimada əsaslanan münasibətlər həmin dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda bu əməkdaşlıq Azərbaycan üçün premium enerji bazarlarında öz ehtiyatlarını realizə etmək baxımından geniş imkanlar yaradır. Qeyd olunmuşdur ki, Azərbaycan təbii qazı yalnız Avropaya deyil, son dövrlərdə Suriyaya da ixrac etməyə başlamışdır. Bununla belə, qiymət və strateji əhəmiyyət baxımından ən əlverişli bazar məhz Avropa bazarı olaraq qalır.
Prezident İlham Əliyev Avropa Parlamentindən səslənən davamlı və qərəzli tənqidlərə Azərbaycanın artıq reaksiya vermədiyini bildirmişdir. Bu mövqelərin ölkəmizin müstəqil və prinsipial siyasətini qəbul edə bilməyən müəyyən lobbiçilik qruplarının fəaliyyəti nəticəsində formalaşdığı vurğulanmışdır. Dövlət başçısı qeyd etmişdir ki, uzun illərdir Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə əməkdaşlıq dayandırılmış, lakin Avropa Komissiyası ilə konstruktiv münasibətlər davam etdirilir.
Ermənistanın özünün Azərbaycanla münasibətləri yüksək qiymətləndirdiyi bir şəraitdə Avropa Parlamentinin ölkəmizi əsassız ittihamlarla, o cümlədən “təcavüzkar mövqe” nümayiş etdirməkdə suçlaması həmin qurumun qeyri-obyektiv mövqeyini açıq şəkildə ortaya qoyur. Xatırladılmışdır ki, ötən ilin avqust ayında Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanmışdır. Bu mühüm siyasi hadisə regionda sülh və sabitliyin təmin olunması istiqamətində atılmış ciddi addım kimi qiymətləndirilir. Prezident İlham Əliyev ümidvar olduğunu bildirmişdir ki, Avropa Parlamentinin üzvləri obyektiv mövqe nümayiş etdirərək Azərbaycana qarşı ədalətsiz yanaşmalarını yenidən nəzərdən keçirəcəklər.
İsa Səttarov,
Nəsimi rayon gənci, Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi, Yeni Azərbaycan Partiyasının üzvü.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2026