Zakir İbrahimov “Wood Mackenzie”nin vitse-prezidenti ilə görüşüb
Tarix: 27-02-2026 | Saat: 14:35
Bölmə:Ölkə | çapa göndər

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin vitse-prezidenti Malkolm Forbs Kablın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Z.İbrahimov ölkəmizdə aparılan iqtisadi islahatlar, əlverişli investisiya mühiti və dağ-mədən sənayesinə göstərilən dövlət dəstəyi sayəsində QSC-nin fəaliyyət sahələrində mühüm nailiyyətlər və geniş təcrübə qazandığını qeyd edib.
aia.az xəbər verir ki, görüşdə “AzerGold”un strateji inkişaf prioritetləri, istehsalın artırılması və beynəlxalq bazarlara çıxış planları müzakirə olunub. Qeyd edilib ki, yaxın illərdə yeni yataqların istismara verilməsi və 2028-ci ildən yeni istehsal mərhələsinə başlanılması planlaşdırılır. İnsan kapitalının gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi əsas hədəflər sırasındadır.
Bildirilib ki, şirkət uzunmüddətli perspektivdə beynəlxalq genişlənməni prioritet hesab edir və xüsusilə qızıl, həmçinin perspektivli hallarda mis yataqları üzrə xarici layihələrə maraq göstərir. İnvestisiya baxımından sabit və hüquqi bazası aydın olan ölkələrə, eləcə də mövcud infrastruktur və hasilat bazasına malik “brownfield” layihələrə üstünlük verilir. Potensial əməkdaşlıq istiqamətləri kimi Mərkəzi Asiya ölkələri – Özbəkistan və Qazaxıstan qeyd olunub. Afrika ölkələrində də ilkin müzakirələrin aparıldığı bildirilsə də, bəzi regionlarda siyasi və institusional risklərin mövcudluğu vurğulanıb.
Malkolm Forbs Kabl təmsil etdiyi “Wood Mackenzie” şirkətinin mədən sənayesi, enerji, neft-qaz və investisiya strategiyaları sahəsində qlobal təcrübəsindən bəhs edib. Fərqli ölkələrdə mədən sektorunda qanunvericiliyin təkmilləşdirilməsi, investisiyaların cəlbediciliyinin artırılması üzrə layihələr barədə məlumat verilib.
Görüşdə Azərbaycanın mədən sektorunda beynəlxalq təcrübənin tətbiqi, analitik alətlərdən istifadə və rəqabət qabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-02-2026