Mobil versiya
Esmira Rzayeva: “Sosial şəbəkədə təhqir cəzasız qalmır” - AÇIQLAMA
Tarix: 27-02-2026 | Saat: 15:29
Bölmə:Ölkə | çapa göndər

Esmira Rzayeva: “Sosial şəbəkədə təhqir cəzasız qalmır”

Vəkil Esmira Rzayeva sosial şəbəkələrdə artan təhqir və şantaj halları ilə bağlı BakuNews.Az-a açıqlama verib. O bildirib ki, internet üzərindən edilən təhqirlər də qanun qarşısında məsuliyyət yaradır və zərərçəkən şəxslər hüquqlarını müdafiə edə bilərlər.

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 148-ci maddəsinə əsasən təhqir – kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, KİV-də və ya internet informasiya ehtiyatında şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır.

“Facebook statusu da cinayət məsuliyyəti yarada bilər”

Esmira Rzayeva vurğulayıb ki, sosial şəbəkələrdə yazılan təhqiramiz statuslar, şərhlər və canlı yayımlar da hüquqi qiymət alır:

“Əgər alçaldıcı ifadə ən azı iki nəfərin görə və ya eşidə biləcəyi formada yayılıbsa, bu artıq kütləvi xarakter daşıyır. Bu halda məsələ cinayət tərkibi yarada bilər.”

Vəkil qeyd edib ki, təhqirə görə 16 yaşına çatmış şəxslər məsuliyyət daşıyır və qanunvericilikdə 1000 manatdan 5000 manatadək cərimə, ictimai işlər, islah işləri və hətta azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Zərərçəkənlər nə etməlidir?

Hüquqşünas tövsiyə edib ki:

Sübutlar (screenshot, link, mesaj yazışmaları) saxlanılmalıdır, hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilməlidir, Lazım gələrsə, məhkəməyə müraciət edilərək mənəvi zərərin ödənilməsi tələb olunmalıdır.

Esmira Rzayeva bildirib ki, Sosial mediada sərbəst fikir ifadəsi hüququ var, lakin bu hüquq başqasının şərəf və ləyaqətini alçaltmaq azadlığı demək deyil.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-02-2026