Mobil versiya
Moped oğurlayanlar saxlanılıblar
Tarix: 18-04-2026 | Saat: 20:22
Bölmə:Ölkə | çapa göndər

Moped oğurlayanlar saxlanılıblar


Nəsimi rayonu ərazisində bir nəfərə məxsus 1400 manat dəyərində "Tufan" markalı moped oğurlanıb.

Bu barədə "aia.az"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K. Qaçayev müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs mopedi oğurlayaraq evinə aparıb. Daha sonra alqı-satqı saytlarından birinə elan yerləşdirərək mopedi satıb.

Rayon ərazisində 1500 manat dəyərində digər bir mopedi oğurlamaqda şübhəli bilinən S.İbrahimov və N.Əhədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2026