Avropa ukraynalı kişiləri deportasiyaya başlayıb - Rusiya ilə savaşa
Tarix: 18-04-2026 | Saat: 21:19
Bölmə:Dünya | çapa göndər

Ukraynalı kişilərin Avropadan məcburi deportasiya halları var.
aia.az xəbər verir ki, bunu Ukrayna parlamentinin deputatı Ruslan Qorbenko deyib.
Avropa Birliyi ölkələrindən hərbi xidmət yaşına çatmış ukraynalı kişilərin məcburi geri qaytarılması ilə bağlı halların olduğu barədə məlumat verib.
Ukraynalı deputat bildirib ki, bu vətəndaşlar geri qayıtdıqdan sonra ərazi komplektləşdirmə və sosial dəstək mərkəzlərinə köçürülə bilərlər.
"Alətlər mövcuddur. Amma bütün kişiləri deportasiya etmək üçün əsaslar lazımdır. Məsələn, Almaniyada qəbul edilmiş qanun və ya hökumət qərarı", - deputat qeyd edib.
Deputat onu da vurğulayıb ki, ukraynalı kişilərin AB ərazisindən deportasiyası geniş yayılmış təcrübə deyil, üzv ölkələrdə qanunvericiliyin pozulması ilə bağlı fərdi hallarla bağlı olan hallrdır.
Qeyd edək ki, aprelin 15-də Prezident Vladimir Zelenski Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransı zamanı Kiyev və Berlinin Almaniyada sığınacaq almış Ukrayna vətəndaşlarının vətənlərinə qayıtmasını asanlaşdırmaq üçün çalışacaqlarını bildirib.
Prezident Vladimir Zelenski həmçinin ön cəbhədə ölkəni müdafiə edən ukraynalı müdafiəçilərin rotasiyaya ehtiyacı olduğunu vurğulayıb. O hesab edir ki, Ukrayna və Almaniyadakı səlahiyyətli orqanlar Ukrayna qanunlarını pozaraq xaricə səyahət edən ukraynalıların məsələsini həll etməlidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2026