Deputat Azərbaycan-Türkiyə münasibətlərindən DANIŞDI
Tarix: 21-04-2026 | Saat: 11:42
Bölmə:Karusel / Parlament | çapa göndər

Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələri möhtərəm Prezident tərəfindən müəyyənləşdirilmiş strateji xəttə uyğun olaraq ardıcıl şəkildə genişlənməkdədir. Bu əməkdaşlıq iki ölkə arasında yalnız siyasi deyil, həm də iqtisadi sahədə dərin inteqrasiyanın formalaşmasına xidmət edir.
aia.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında deyib.
O vurğulayıb ki, Antalyada keçirilən Diplomatik Forum bu baxımdan mühüm beynəlxalq platforma kimi çıxış edir və artıq təkcə regional deyil, qlobal məsələlərin müzakirə olunduğu vacib bir məkana çevrilmişdir. Cənab Prezidentin həmin forumda iştirakı Azərbaycanın strateji xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin inkişaf dinamikası da müsbət istiqamətdə davam edir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 7 milyard 650 milyon dollar təşkil etmişdir. Bu dövrdə Azərbaycanın Türkiyəyə ixracı 5 milyard 34 milyon dollar olub ki, bu da ikitərəfli ticarətdə Azərbaycanın ixrac üstünlüyünü göstərir".
Deputatın sözlərinə görə, statistik göstəricilər təsdiq edir ki, Türkiyə Azərbaycanın xarici ticarət dövriyyəsində 11,6 faiz payla ikinci ən böyük tərəfdaşdır. Eyni zamanda, Azərbaycanın qeyri-neft ixracında Türkiyənin payı 16,5 faiz təşkil edir və bu, iqtisadi əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmadığını, digər sahələri də əhatə etdiyini göstərir:
"Ümumilikdə, Azərbaycan–Türkiyə iqtisadi münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edərək, həm ticarət dövriyyəsinin artırılmasına, həm də qeyri-neft sektorunun güclənməsinə mühüm töhfə verir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-04-2026