Mobil versiya
İrəvandan Qars müqaviləsinə iddia – revanşist çağırışlar seçki öncəsi gərginliyi artırır
Tarix: 21-04-2026 | Saat: 15:00
Bölmə:Özəl | çapa göndər



Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca radikal-revanşist qüvvələrin ritorikası daha da kəskinləşir. “Şant” blokunun rəhbəri Şahen Arutyunyanın Qars müqaviləsinin yenidən nəzərdən keçirilməsi ilə bağlı çıxışı regionda yeni müzakirələrə səbəb olub.

Arutyunyan bu sənədin Ermənistanın maraqlarına zidd olduğunu iddia edərək onun şərtlərinə yenidən baxılmasını tələb edib və “mübarizə vaxtının çatdığını” bildirib. Onun açıqlamaları seçki kampaniyası fonunda revanşist ritorikanın gücləndiyini göstərir.

Qars müqaviləsi 1921-ci ildə Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstanın iştirakı ilə imzalanıb və regionun sərhəd reallığını müəyyən edən əsas sənədlərdən biri hesab olunur.

Ekspertlər bildirirlər ki, seçki ərəfəsində səslənən bu cür iddialar Ermənistan daxilində siyasi qütbləşməni daha da dərinləşdirir və sülh gündəliyinə zidd mesajlar formalaşdırır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026