Belçika və Niderland parlamentlərinin qətnamələrinə etiraz edildi
Tarix: 21-04-2026 | Saat: 12:00
Bölmə:Parlament | çapa göndər

"Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənmir. Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür".
aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elçin Mirzəbəyli deyib. O bildirib ki, qətnamələrdə “suverenlik” və “ərazi bütövlüyü” prinsiplərinə istinad edildiyi halda, Azərbaycanın guya Ermənistan ərazilərini “işğal etməsi” kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçasının mahiyyətini ortaya qoyur.
"Bu, təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır. Belçika parlamenti isə regionda guya “gərginlik” və “hərbi risklər” barədə danışır. Bəlkə də arzu və istəklərini ifadə edir. Halbuki bölgədəki reallıq tam əksini göstərir. Son iki ildə Azərbaycan-Ermənistan sərhədində ən sabit və sakit dövr yaşanır. Bu faktı Ermənistanın rəsmiləri də hər addımda etiraf edirlər. Deməli, burada məqsəd süni təhlükə görüntüsü yaratmaqla sülh prosesinə maneə yaratmaqdan ibarətdir və bu niyyət özünü Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi isə bağlı təşəbbüsdə büruzə verir. Bu isə geosiyasi maraqların sülh gündəliyindən üstün tutulmasının göstəricisidir. Azərbaycan və Ermənistan arasında əldə olunmuş mühüm irəliləyişlərə, o cümlədən sülh müqaviləsinin mətninin razılaşdırılması kimi mühüm tarixi addıma istinadın olmaması, Vaşinqton prosesinin nəticələrinin görməzdən gəlinməsi isə sistemli qərəzin göstəricisidir. Bu qətnamənin məhz sülh danışıqlarının intensivləşdiyi, parlamentlərarası dialoqun davam etdiyi bir dövrdə qəbul olunması onun əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Məqsəd sülhə töhfə vermək deyil – məqsəd sülh prosesinə kölgə salmaq, revanşist qüvvələri ruhlandırmaq və regionda yeni gərginlik ocaqları yaratmaqdır".
Deputat Tural Gəncəliyev bildirib ki, bu qətnamələr regionumuzda baş verən sülh prosesinə ciddi təhlükədir: "Bu, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir, suverenliyimizə qarşı həqarətdir. Hər iki ölkənin parlamentinin qəbul etdiyi qətnamələri qətiyyətlə rədd edirik. Adətən demokratiyadan, insan hüquqlarından danışların özləri ən çox demokratiyanı pozan, insan hüquqlarına hörmətsiz yanaşan olurlar".
Milli Məclisin üzvü Elman Nəsirov qeyd edib ki, Vaşintqdon tarixi razılaşmalar əldə edilib: "İstisna deyil ki, bu il sülh müqaviləsi imzalana bilər. Onlar ciddi cəhdlə çalışırlar ki, bu prosesin qarşısını alsınlar".
Deputat Rizvan Nəbiyevin sözlərinə görə, Azərbaycan öz ərazilərinin işğalına son qoymaqla Cənub Qafqaz regionunda yeni geosiyasi reallıqların əsasını yaradıb, regional siyasi gündəm faktiki olaraq məhz bu yeni status-kvo üzərindən müəyyənləşdirilir:
"Bu yeni siyasi reallığın ən ciddi nəticələrindən biri məhz odur ki, bu gün Ermənistan Baş naziri "Real Ermənistan" konsepsiyası, Azərbaycanla münasibətlərin normallaşdırılması və ümumilikdə sülh gündəliyi ilə parlament seçkilərinə gedir. Elə cari ilin 1-ci rübündə Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Prezident İlham Əliyevin xarici siyasət kursunun praktik nəticəsidir. Müvafiq olaraq vitse-prezident Cey Di Vensin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfərləri və burada verilən birgə mesajlar uzunmüddətli əməkdaşlıq perspektivlərindən xəbər verir. Xüsusilə, Brüsselin infrastruktur və nəqliyyat-loqistika təşəbbüsünə - “Qlobal Qapı” strategiyasına ölkəmizi daxil etməsi bunu təsdiqləyir. Bu inkişaflar fonunda Belçika və Niderland parlamentlərinin qətnamələrini qətiyyətlə rədd edirəm".
Çıxış edən digər deputatlar da Belçika və Niderland parlamentlərinin qətnamələrini pisləyiblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-04-2026