Mobil versiya
Ərdoğan sosial şəbəkələri “kanalizasiya” adlandırdı
Tarix: 21-04-2026 | Saat: 12:29
Bölmə:Dünya | çapa göndər

Ərdoğan sosial şəbəkələri “kanalizasiya” adlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məktəblərdə baş verən silahlı hadisələrə münasibət bildirərkən sosial şəbəkələrin uşaqlara və yeniyetmələrə dağıdıcı təsir göstərdiyini bildirib.

aia.az-ın məlumatına görə, Prezident hökumət iclasından sonra xalqa müraciətində bildirib ki, bəzi platformalar əsl "kanalizasiya"ya çevrilir, uşaqların zehnini korlayır.

Onun sözlərinə görə, rəqəmsal mühit ailədə ənənəvi ünsiyyəti getdikcə daha çox sıxışdırır.

Ərdoğan qeyd edib: "Uşaqlarımızın qonşu otaqda olduqları zaman virtual dünyada kiminlə və necə ünsiyyət qurduğunu çox vaxt təsəvvür etmirik və valideynləri ilə keçirdikləri vaxt ekran qarşısında keçirdikləri vaxtdan daha aşağıdır".

Xatırladaq ki, 14 apreldə Şanlıurfa əyalətindəki məktəblərdən birində silahlı hücum baş verib və nəticədə təxminən 20 nəfər yaralanıb. Hücum edən intihar edən keçmiş şagird olub.

Bir gün sonra, 15 apreldə Kahramanmaraşdakı məktəblərdən birində də silahlı insident baş verib və nəticədə 9 nəfər ölüb: 8 şagird və 1 müəllim. Onlarla yaralı var. Hücum edən şəxs intihar edən 8-ci sinif şagirdi idi./Modern.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026