“Onların Azərbaycana qarşı hibrid savaş açacaqları şübhə doğurmur” - MÜHÜM AÇIQLAMA
Tarix: 21-04-2026 | Saat: 21:18
Bölmə:Ölkə | çapa göndər
Avropa İttifaqının xarici işlər nazirləri Ermənistanda yeni mülki missiyanın yaradılmasına “yaşıl işıq” yandırıblar. Bu missiya guya İrəvana seçkilərə xarici müdaxilə, kiberhücumlar və qanunsuz siyasi maliyyələşmə kimi hallara qarşı mübarizədə kömək edəcək. Məlumata görə, missiya yaxın aylarda fəaliyyətə başlayacaq, iki illik mandat alacaq və “Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyası” adlanacaq.
Qeyd edək ki, Ermənistan bu missiyanın yerləşdirilməsi üçün hələ ötən ilin dekabrında müraciət etmişdi. Keçən həftə isə ittifaqın səfirləri onun yaradılmasına yekdilliklə səs veriblər. Qəbul olunan bu qərar çoxsaylı müzakirələrə və suallara yol açıb.
Brüssel niyə məhz indi bu addımı atır?
Bu təşəbbüsün Cənubi Qafqazda qüvvələr balansına təsiri də diqqət mərkəzindədir. Regionda artıq müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu göz önündədir.
Belə bir şəraitdə yeni missiyanın yaradılması təsir dairələrinin yenidən bölüşdürülməsi cəhdinin bir hissəsidir? Bu addım gələcəkdə Azərbaycan ilə bağlı proseslərə dolayı və ya birbaşa təsir göstərə bilərmi?
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-da Aİ-nin bu qərarına sərt reaksiya göstərib:
“Niderland və Belçika parlamentlərinin qəbul etdikləri kağız parçaları, əslində Avropa İttifaqının Ermənistandakı qeyri-legitim müşahidə missiyasının genişləndirilməsi və bu çərçivədə guya “hibrid təhlükələrə qarşı mübarizə – seçkilərə müdaxilə, kiberhücumlar və qanunsuz maliyyələşmə kimi çağırışlara qarşı” rəsmi İrəvana dəstək veriləcəyi ilə bağlı qərarların əsl mahiyyətini ortaya qoyur. Əslində, Avropa İttifaqının “müşahidə missiyası”nın tərkibində “seçkilərə müdaxilə” adı altında fəaliyyət göstərəcək qrupun formalaşdırılması seçkilərə müdaxilə kimi qiymətləndirilməlidir.
Dünyanın istənilən ölkəsində, hətta Ermənistanın özündə də seçki prosesində istənilən təsisatın, yaxud dövlətin təmsilçilərinin iştirakına icazə verilmir və bu, seçicilərin iradəsinə birbaşa müdaxilə kimi qiymətləndirilir. Digər tərəfdən, Avropa İttifaqının bu qəbildən olan qərarları ilə yanaşı, qoca qitənin diplomatik paytaxtından Azərbaycan əleyhinə əsassız, hüquqa və reallığa zidd iddiaların irəli sürülməsi prosesinin vahid mərkəzdən idarə olunduğuna qətiyyən şübhə doğurmur. Çünki əgər Avropa İttifaqının məqsədi Ermənistana qarşı kənar müdaxilələrin, o cümlədən informasiya hücumlarının qarşısını almaq olsaydı, Aİ-yə üzv dövlətlər, o cümlədən İttifaqın mərkəzi təsisatlarının yerləşdiyi Bekçika Azərbaycana qarşı həyata keçirilən hibrid savaşın ön sıralarında yer almaz, əsassız ittihamlar və iddialarla Ermənistandakı revanşçı qüvvələri stimullaşdırmazdılar. Çünki hazırda Belçika və Niderland parlamentlərinin riyakar, əsassız və məntiqsiz iddiaları, islamafob, Azərbaycanafob narrativləri ilə Ermənistandakı sülh əleyhdarları və onları idarə edən mərkəzlərlə üst-üstə düşməzdi. Bu baxımdan, Avropa İttifaqının Ermənistana hibrid savaşa qarşı mübarizə üçün göndərəcəyi emissarların reallıqda Cənubi Qafqazda davamlı sülhün əsas təminatçısı olan ölkəyə - Azərbaycana qarşı hibrid savaş açacaqları da şübhə doğurmur”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-04-2026