Mobil versiya
Vardanyandan İrəvana çağırış – erməni ombudsmanına Bakıya səfər təklifi
Tarix: 21-04-2026 | Saat: 18:00
Bölmə:Özəl | çapa göndər



Bakıda həbsdə olan Ruben Vardanyanın ailəsi ilə telefon danışığı zamanı Ermənistanın ombudsmanı Anahit Manasyana müraciət etdiyi bildirilir.

Məlumata görə, Vardanyan mesajında Azərbaycanın ombudsmanı Səbinə Əliyeva ilə görüşü xatırladaraq, məhbusların saxlanma şəraiti və hüquqları ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib. O, həmçinin bu istiqamətdə Ermənistan ombudsmanının da prosesə qoşulmasını təklif edib.

Vardanyan Ermənistan vətəndaşlarının hüquqlarının qorunması, ailələrlə görüşlərin təşkili və beynəlxalq monitorinq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. O, bəzi ailə üzvlərinin Bakıya səfər edə biləcəyini də istisna etməyib.

Məlumata görə, Vardanyan bu məsələlərin Ermənistan rəhbərliyinin gündəliyində daha aktiv şəkildə yer almalı olduğunu bildirib və humanitar məsələlər üzrə dialoqun genişlənməsinə çağırış edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026