Mobil versiya
Ukraynaya 90 milyard avro: böyük kredit, böyük şərtlər – sonra nə olacaq?
Tarix: 24-04-2026 | Saat: 14:00
Bölmə:Özəl | çapa göndər



Avropa İttifaqı tərəfindən Ukrayna üçün ayrılan 90 milyard avroluq maliyyə paketi həm iqtisadi dəstək, həm də ciddi siyasi şərtlərlə bağlı müzakirələrə səbəb olub.

İqtisadçı Fikrət Yusifov bildirib ki, bu vəsait “yardım” deyil, kredit xarakteri daşıyır və istənilən kreditin arxasında mütləq şərtlər dayanır. Onun sözlərinə görə, maliyyə paketi uzun müddət Avropa İttifaqı daxilində siyasi razılaşmaların olmaması səbəbindən bloklanmış vəziyyətdə qalıb.

Ekspert xüsusilə Macarıstanın əvvəlki vetosunu və enerji-tranzit məsələləri ətrafında yaranan ziddiyyətləri qeyd edib. Sonrakı mərhələdə siyasi razılaşmaların yumşalması bu paketin təsdiqlənməsinə yol açıb.

Yusifovun fikrincə, müharibənin gedişi də dəyişib və Ukrayna artıq yalnız müdafiə deyil, müəyyən strateji təsir imkanlarına da malikdir. Bu isə onun danışıqlardakı mövqeyini gücləndirir.

90 milyardlıq paket Ukraynaya böyük maliyyə dəstəyi versə də, bu vəsait uzunmüddətli borc və siyasi şərtlərlə müşayiət olunur – yəni “pul var, amma hesab da var”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026