Mobil versiya
Türkiyədə korrupsiyaya qarşı əməliyyat: saxlanılanlar var
Tarix: 24-04-2026 | Saat: 15:59
Bölmə:Dünya | çapa göndər

Türkiyədə korrupsiyaya qarşı əməliyyat:

Türkiyənin Şanlıurfa Vilayətinin Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə yerli prokurorluğun göstərişi əsasında səhər saatlarında Halfeti rayon bələdiyyəsi ilə bağlı əməliyyat keçirib.

aia.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Məlumata görə, 2019- 2024-cü ilə qədər davam edən idarəetmə dövründə keçirilən tenderlərdə korrupsiya hallarına yol verilməsi ilə bağlı istintaq çərçivəsində keçirilən əməliyyatda 47 nəfər saxlanılıb.

Saxlanılanlar arasında həmin dövrün bələdiyyə sədri olmuş Şərəf Albayrak, bələdiyyə sədr müavinləri, sədr köməkçisi, icra heyətinin üzvləri, şöbə müdirləri, mühəndislər və texniki heyətin də olduğu bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026