Göydəniz Qəhrəmanov: “Ukrayna Prezidentinin ölkəmizə rəsmi səfəri Azərbaycan diplomatiyasının güc mərkəzi kimi təsdiqinin bir daha nümayişidir”
Tarix: 27-04-2026 | Saat: 13:56
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan Respublikası və Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər digər sahələrində inkişafa təkan verir və münasibətlərin məzmunca zənginləşməsinə zəmin yaradır. İkitərəfli əlaqələrin inkişafında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır. Ölkələrimiz arasında əlaqələr ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda Azərbaycan və Ukrayna daim bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər.”
Bu fikirləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana aprelin 25-də baş tutmuş səfərini təkcə ikitərəfli münasibətlər kontekstində deyil, bütövlükdə Azərbaycanın artan beynəlxalq nüfuzunun və strateji diplomatik çəkisinin növbəti təsdiqi olduğunu deyən deputat bildirib ki, son dörd ildə dövlət başçıları səviyyəsində yeddi görüşün keçirilməsi münasibətlərin yalnız diplomatik etimada deyil, eyni zamanda yüksək siyasi tərəfdaşlıqını göstərir: “Bu səfərin mühüm siyasi mesajlarından biri Azərbaycanın regionun etibarlı və nüfuzlu aktoru kimi bir daha qəbul edilməsinin aydın görünməsidir. Bu gün beynəlxalq münasibətlər sistemində etimad ən böyük siyasi kapitaldır və Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət məhz bu kapitalı gücləndirib. Azərbaycanın həm Qərb, həm Şərq, həm də post-sovet məkanında etibarlı tərəfdaş kimi qəbul olunması təsadüfi deyil. Dövlət başçımızın mətbuata bəyanatla çıxışında vurğulandığı kimi, Azərbaycan və Ukrayna arasında münasibətlərin möhkəm siyasi təməli var. Qarşılıqlı şəkildə suverenliyin, ərazi bütövlüyünün dəstəklənməsi bu tərəfdaşlığın əsas ideoloji sütunudur. Bu yanaşma eyni zamanda Azərbaycanın prinsipial xarici siyasət kursunun göstəricisidir.
Səfər göstərdi ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həm də onların istiqamətini müəyyən edən siyasi mərkəzlərdən biridir. Xüsusilə qlobal gərginliklərin artdığı dövrdə müxtəlif tərəflərlə konstruktiv dialoq aparmaq təcrübəsi Azərbaycanın diplomatik üstünlüyünü daha da artırır. Bu kontekstdə Ukrayna Prezidentinin ölkəmizə səfəri həm də Prezident İlham Əliyevin siyasi liderliyinə verilən beynəlxalq etimadın bir daha ifadəsi kimi dəyərləndirilə bilər. Məhz bu liderlik nəticəsində Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, geosiyasi vasitəçilik və çoxtərəfli əməkdaşlıq sahələrində söz sahibinə çevrilib. Bu səfər bir daha göstərdi ki, Azərbaycanın uğurları təkcə iqtisadi və ya hərbi güclə ölçülmür. Bu uğurların əsasında düşünülmüş dövlət strategiyası, milli maraqlara söykənən ardıcıl siyasət və Prezident İlham Əliyevin formalaşdırdığı yüksək beynəlxalq nüfuz dayanır. Azərbaycan-Ukrayna təmaslarının intensivliyi də məhz bu reallığın növbəti təsdiqidir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026