“Silahı yerə qoymayacağıq” – “Hizbullah” liderindən Livan hökumətinə sərt mesaj
Tarix: 27-04-2026 | Saat: 16:00
Bölmə:Özəl | çapa göndər
“Hizbullah” hərəkatının baş katibi Naim Qasımın çıxışı Livanda və regionda yeni gərginlik yaradıb. O, İsraillə birbaşa danışıqları qəti şəkildə rədd etdiklərini və silahı təhvil verməyəcəklərini bəyan edib.
Qasım Livan hökumətini “səhvlərdən geri dönməyə” çağıraraq, müqavimət qüvvələrinin fəaliyyətini məhdudlaşdıran qərarların ləğv edilməsini tələb edib. Onun sözlərinə görə, təşkilatın silahı “müdafiə və mövcudluğu qorumaq” məqsədi daşıyır və bundan imtina gündəmdə deyil.
Çıxışında o, həmçinin əvvəlki atəşkəs proseslərinə toxunaraq İranın rolunu xüsusi qeyd edib və Tehrana təşəkkürünü bildirib.
Ekspertlər bu bəyanatı həm daxili siyasi təzyiqlərə cavab, həm də regional güc balansına yönəlmiş mesaj kimi qiymətləndirirlər. Hazırda vəziyyətin Livanın daxili siyasətinə və Yaxın Şərqdəki gərginliyə təsiri diqqətlə izlənilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026
15:32 Yüksək səviyyəli görüş