Sahibə Qafarovanın Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatına” layiq görülməsi barədə plenar iclasında çıxış edib
Tarix: 27-04-2026 | Saat: 15:25
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin sədri Sahibə Qafarovanın Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatına” layiq görülməsi barədə parlamentin 27 aprel 2026-cı il tarixli plenar iclasında çıxışı
Hörmətli deputatlar!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatına” layiq görülmüşdür. Və cənab Prezident aprelin 26-da mükafatın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlamış və bu mötəbər mükafata layiq görülməyinə görə öz minnətdarlığını bildirmişdir.
Hörmətli deputatlar !
Bu mükafat bütün çətinliklərə baxmayaraq, regionumuzda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olunması naminə möhtərəm cənab Prezidentin göstərdiyi böyük səylərin beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməsi və yüksək qiymətləndirilməsi deməkdir. Və 30 il ərzində torpaqlarının işğalı ilə üzləşmiş və münaqişə şəraitində yaşamış xalqın nümayəndələri olaraq biz möhtərəm cənab Prezidenti bu mötəbər mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, cənab Prezidentə sülh və qarşılıqlı anlaşma naminə yorulmaz fəaliyyətində davamlı uğurlar arzulayırıq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026
15:32 Yüksək səviyyəli görüş