Mobil versiya
"Məni düşündürən başqa şeydir" - Nura Suri
Tarix: 28-04-2026 | Saat: 17:20
Bölmə:Şou-biznes | çapa göndər

"Məni düşündürən başqa şeydir" -

"Bizim blokda kim evində təmir etsə, kim mebel quraşdırsa, alt qonşu avtomatik gəlib bizdən şikayət edir. Deyir səs sizdən gəlir. Dəfələrlə izah etmişik ki, bizdən deyil, xeyri yoxdur. Köməkçim hətta onu evə dəvət edib ki, gəlib öz gözləri ilə baxsın. Gəlib görüb ki, bizdə sakitlikdir, yenə də şübhə edir".

aia.az xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.

O, bu dəfə qonşusundan gileylənib:

"Bayırda tufan qopur, yağış yağır, pəncərəsindən evinə su damır, yenə gəlir ki, sizdən bizə su axır. Gəlib baxır, öz gözləri ilə görür ki, bizdə hər yer qurudur. Deyirəm bayırda küləkli yağışdır, pəncərənin arasından su keçir, yenə inanmır gedir. Halbuki ildə bir dəfə pəncərələrinin rezinlərini dəyişsə, problemi olmaz.

Məni düşündürən başqa şeydir. İnsan niyə hər dəfə nəsə olan kimi avtomatik bizi "problem mənbəyi" seçir? Məqsədi həqiqəti anlamaq olsaydı, indiyə qədər çoxdan anlayardı. Amma görünən odur ki, burada məsələ problemi həll etmək yox, sadəcə hər dəfə bir günahkar tapmaqdır"./yenisabah

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2026