Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Tarix: 28-04-2026 | Saat: 16:40
Bölmə:Ölkə | çapa göndər

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı və Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-ın birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qaranlığa nur saçan işıq” adlı tədbir keçirilmişdir.
Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuridə Məmmədova, səhiyyə işçiləri və partiya fəalları iştirak etmişlər.
Tədbiri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuridə Məmmədova açaraq iştirakçıları salamlamış, belə tədbirlərin gənc nəslin maarifləndirilməsi və görkəmli şəxsiyyətlərin irsinin təbliği baxımından əhəmiyyətini vurğulamışdır. Açılışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ardınca akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Sonra Nuridə Məmmədova geniş məruzə ilə çıxış edərək akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental elmi tədqiqatlardan, göz xəstəliklərinin profilaktikası və müalicəsində əldə etdiyi mühüm nailiyyətlərdən, həmçinin Azərbaycan tibb elminin beynəlxalq səviyyədə tanınmasında oynadığı roldan bəhs etmişdir. Qeyd olunmuşdur ki, onun elmi fəaliyyəti bu gün də müasir səhiyyə sisteminin inkişafına töhfə verməkdədir.
Daha sonra çıxış edən Ağabala Kəlbiyev, Elbəy Fətəliyev, Vəfa Əlizadə və Elvin Rüstəmov akademik Zərifə Əliyevanın səhiyyə sahəsindəki əvəzsiz rolundan, tibb elminə verdiyi töhfələrdən, gənc kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən danışmış, onun fəaliyyətinin bu gün də aktuallığını qoruduğunu vurğulamışlar.
Tədbirdə akademik Zərifə Əliyevanın zəngin elmi irsi, Azərbaycan səhiyyəsinin inkişafında göstərdiyi mühüm xidmətlər və tibb elminə verdiyi töhfələr geniş şəkildə müzakirə olunduqdan sonra, sonda YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxış edərək Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında, xüsusilə oftalmologiya sahəsində müstəsna xidmətlərindən, həkimlik peşəsinə gətirdiyi yüksək mənəvi dəyərlərdən və insanlara göstərdiyi qayğıkeş münasibətdən danışmışdır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilmiş, partiyanın fəaliyyətində fərqlənən və fəallıq göstərən tibb işçiləri Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşlar.
Qeyd olunmuşdur ki, bu cür tədbirlər cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması, səhiyyə sahəsində çalışanların əməyinin qiymətləndirilməsi və ictimai fəallığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-04-2026