Novruzəli Aslanov: “Azərbaycan idman sahəsində həm təşkilatçılıq, həm də infrastruktur baxımından yüksək səviyyəyə çatıb”
Tarix: 01-05-2026 | Saat: 11:26
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında qalib gəlmiş güləşçilərlə keçirdiyi görüş təkcə rəsmi qəbul deyildi. Bu görüş, əslində, ölkədə formalaşmış idman siyasətinin nəticələrinin siyasi və ictimai müstəvilərdə təsdiqi kimi qiymətləndirilə bilər. Tiranada əldə olunan uğur bir daha göstərdi ki, Azərbaycan artıq ayrı-ayrı fərdi nailiyyətlər mərhələsini arxada qoyaraq sistemli üstünlük mərhələsinə qədəm qoyub. Avropa çempionatında komanda hesabında birinci olmaq təsadüfi nəticə deyil. Müasir dövrdə güləş idman növündə rəqabət son dərəcə sərtləşib, ənənəvi güclərlə yanaşı yeni idman məktəbləri də formalaşıb. Belə bir şəraitdə Azərbaycan güləşçilərinin həm texniki, həm taktiki, həm də psixoloji baxımdan üstün çıxış etməsi ölkədə idmanın inkişafına kompleks yanaşmanın nəticəsidir. Bu, yalnız fərdi istedadların deyil, sistemli hazırlığın və düzgün strateji idarəetmənin göstəricisidir.”
Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanda keçirilən mötəbər beynəlxalq yarışlar təkcə idman hadisəsi kimi yox, həm də ölkənin institusional imkanlarının nümayişi kimi çıxış edir: “Burada dövlətin idman siyasətinin ardıcıllığı xüsusi qeyd olunmalıdır. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və regionlarda təşkil olunan iri miqyaslı yarışlar göstərdi ki, Azərbaycan həm təşkilatçılıq, həm də idman infrastrukturu baxımından yüksək səviyyəyə çatıb. Bu amil isə birbaşa olaraq idmançıların hazırlıq mühitinə müsbət təsir göstərir. Digər mühüm məqam isə əldə olunan uğurun miqyası ilə bağlıdır. Həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda birinciliyi qazanılması Azərbaycan güləş məktəbinin universallığını və dayanıqlığını nümayiş etdirir. Bu, ayrı-ayrı uğurlardan fərqli olaraq bütöv bir sistemin işlədiyini təsdiqləyir və gələcək nəsillər üçün ciddi motivasiya yaradır. Bununla yanaşı, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqam idmançıların mənəvi siması ilə bağlı idi. Müasir dövrdə idmançı yalnız arenada deyil, cəmiyyətdə də nümunə rolunu oynayır. Azərbaycan təcrübəsində isə bu məsələ xüsusi diqqətdə saxlanılır. Uzun illər ərzində formalaşmış ənənə göstərir ki, ölkə idmançıları qazandıqları uğurları yalnız medallarla məhdudlaşdırmır, həm də davranışları ilə cəmiyyətə müsbət mesaj ötürürlər. Bu yanaşma əslində dövlət siyasətinin daha dərin qatını əks etdirir. İdman sahəsində əldə olunan nailiyyətlər milli kimliyin, sosial həmrəyliyin və ictimai dəyərlərin möhkəmləndirilməsinə xidmət edir. Nəsillər arasında davamlılığın qorunması, təcrübənin ötürülməsi və ənənələrin yaşadılması Azərbaycan idman modelinin əsas sütunlarından birinə çevrilib” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-05-2026