Köçəryandan Paşinyana sərt ittihamlar – Rusiya bazası ilə bağlı iddia gündəmdə
Tarix: 01-05-2026 | Saat: 14:00
Bölmə:Özəl | çapa göndər

Ermənistanda hakimiyyətə qarşı kəskin açıqlamalar səslənməkdə davam edir. Yerli ekspert Tiqran Köçəryan Baş nazir Nikol Paşinyan-ın yenidən hakimiyyətdə qalmasının ölkənin siyasi kursuna ciddi təsir göstərə biləcəyini iddia edib.
Onun sözlərinə görə, belə bir ssenari Ermənistanın xarici siyasətində dönüş yarada və Rusiya ilə mövcud münasibətlərə zərbə vura bilər. Ekspert xüsusilə strateji və iqtisadi sahələrdə Moskvanın mövqelərinin zəifləyə biləcəyini vurğulayıb.
Köçəryan “Gazprom” və atom energetikası kimi mühüm sahələrin gələcəyinin sual altına düşə biləcəyini qeyd edib. O, həmçinin uzunmüddətli perspektivdə Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının taleyinin də müzakirə mövzusuna çevrilə biləcəyini bildirib.
Ekspertin fikrincə, bu proseslər ölkənin geosiyasi istiqamətini dəyişə və yeni tərəfdaşlıqların, o cümlədən Türkiyə ilə münasibətlərin ön plana çıxmasına səbəb ola bilər. O, sonda belə bir inkişafın Ermənistanın formal olaraq mövcudluğunu qorusa da, suverenlik baxımından zəifləməsi ilə nəticələnə biləcəyini iddia edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-05-2026