İdmançılarımızda qələbə əzmi çox güclüdür - DEPUTAT
Tarix: 01-05-2026 | Saat: 11:37
Bölmə:Siyasət | çapa göndər

“Aprelin 30-da dövlətimizin başçısı İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etdi. Təbii ki, qazanılan hər bir uğur, qələbə dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin, həyata keçirilən kompleks tədbirlərin təqdimatıdır. İdmanın inkişafı dövlətimizin siyasətində prioritet istiqamətlərdən biridir. Hər il ənənəvi olaraq idmanın yekunlarına həsr edilən mərasimdə bu sahədə inkişafın əsas göstəricilərindən olan medalların ümumi sayı açıqlanır. Hər il bu sayda artımın müşahidə edilməsi hər birimizi qürurlandırır. İdmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda qazanılan qələbələr Azərbaycanın qalibiyyət rəmzi olan üçrəngli Bayrağının yüksəklərə qaldırılması, Dövlət Himnimizin səsləndirilməsi ilə müşaiyət olunur ki, bu, həm ölkəmizin, həm də idmançılarımızda qələbə əzminin, məsuliyyətin təqdimatıdır. Son beş ildən artıq dövrdə bu məsuliyyət ikiqat artıb. İdmançılarımız yarışlarda qalib, suverenliyini tam bərpa edən Azərbaycanı təmsil edirlər. Prezident İlham Əliyevin sözügedən görüşdə qeyd etdiyi kimi, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, idman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, ölkəmizdə həyata keçirilən kompleks tədbirlər hərtərəfli inkişafı təmin edir: “İdmanın inkişafına xidmət edən addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası nəticəsində xeyli sayda Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin bariz nümunələridir. Cənab İlham Əliyev qeyd etdiyimiz görüşdə də diqqəti idmanın inkişafı istiqamətində atılan addımlara yönəltdi. Vurğuladı ki, həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. 30 ilə yaxındır Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyini önə çəkən cənab İlham Əliyev bildirdi ki, bu müddət ərzində, əlbəttə, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi gözümün önündə keçib. Neçə nəsil dəyişib, amma bu gün yenə də uğurlarla fəxr edirik. Bu əminlik də ifadə edildi ki, həm Güləş Federasiyası, həm də digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin”.
Malik Həsənov vurğulayıb ki, dövlətimizin başçısının hər bir görüşü, çıxışı bu günümüzlə və gələcəyimizlə bağlı çağırışlarla zəngindir: “Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edərkən bildirdi ki, federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri, həm də güləş zalları var. Ona görə bu seleksiya işi gələcək uğurlarımızın əsasını təşkil edəcək. Güləşimizin böyük ənənələri var və bu ənənələri yaşadırıq. Tanınmış güləşçilərlə bərabər, gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq, seleksiya prosesi düzgün qurulub. Azərbaycan güləşçilərinin qələbəsi bir daha göstərdi ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. İdmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir”.
Millət vəkili diqqəti Azərbaycanın ev sahibliyi etdiyi idman tədbirlərinə yönəldərək ölkəmizin digər sahələrdə olduğu kimi, idmanda da böyük təcrübəyə malik olduğunu bildirib: “2015-ci ildə ölkəmizdə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirildi. Ötən il isə ölkəmiz III MDB Oyunlarına ev sahibliyi etdi. Bu Oyunlar təkcə idman yarışları kimi deyil, həmçinin mədəniyyətlərarası dialoqun və gənclər arasında dostluğun möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. III MDB Oyunları yalnız Gəncə ilə məhdudlaşmadı, eyni zamanda, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində də təşkil olundu. Bu isə regionlarda idmanın və turizmin inkişafına müsbət təsir göstərdi. Azərbaycanın uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini də nümayiş etdirdi. Bu kimi tədbirlər, eyni zamanda, idmanın sərhədsiz birləşdirici gücünü və mədəni diplomatiyanın əhəmiyyətini bir daha təsdiqləyir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-05-2026