Mobil versiya
Biləsuvarda 205 kq qanunsuz at satışının qarşısı alındı
Tarix: 01-05-2026 | Saat: 13:05
Bölmə:Ölkə | çapa göndər

Biləsuvarda 205 kq qanunsuz at satışının qarşısı alındı

Biləsuvarda 205 kq qanunsuz at kəsimi və satışının qarşısı alınıb.

Bu barədə aia.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA-nın Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı "Toyota Corolla" markalı avtomobilə baxış keçirib.

Yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kq sümüksüz at əti aşkarlanıb.

Araşdırma zamanı at ətinin Biləsuvar rayonunun Bəydili kənd sakini Əzizov Məlik Sabir oğluna məxsus olduğu müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, at əti saxlanca verilib. Araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2026