Mobil versiya
Taktiki nüvə silahı nə qədər dağıdıcıdır? – “od fırtınası” riski ilə bağlı xəbərdarlıq
Tarix: 04-05-2026 | Saat: 18:34
Bölmə:Özəl | çapa göndər

Taktiki nüvə silahı nə qədər dağıdıcıdır? – “od fırtınası” riski ilə bağlı xəbərdarlıq


ABŞ–İran gərginliyi fonunda taktiki nüvə silahı yenidən gündəmə gəlib. Hərbi ekspert Rövşən Məhərrəmov bu silahların “aşağı güclü” adlandırılmasının aldatıcı olduğunu bildirib.

Onun sözlərinə görə, taktiki nüvə başlıqları 0.3–50 kiloton aralığında dəyişir və Xirosima tipli bombalarla müqayisə edilə bilər. Bu silahlar partlayış zamanı güclü şok dalğası yaradır, 1–2 km radiusda ciddi dağıntı, daha geniş ərazidə isə ağır zərər verə bilir.

Ekspert əlavə edib ki, partlayışın yaratdığı yüksək istilik “od fırtınası” effekti formalaşdırır və geniş ərazilərdə yanğın zənciri yarada bilər. Ən təhlükəli faktor isə radiasiyadır – həm dərhal öldürücü təsir, həm də uzunmüddətli genetik və sağlamlıq fəsadları yaradır.

Bundan başqa, elektromaqnit impulsların rabitə və enerji sistemlərini sıradan çıxara biləcəyi vurğulanır.

Mütəxəssislərin fikrincə, taktiki nüvə silahı “lokal hədəf” üçün nəzərdə tutulsa da, onun istifadəsi sürətlə daha geniş müharibəyə və nüvə eskalasiyasına gətirib çıxara bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-05-2026