Makron Hörmüz boğazı üçün ABŞ və İrana “koordinasiyalı açılış” çağırışı etdi
Tarix: 04-05-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazında yaranan gərginlik fonunda ABŞ və İranı birbaşa dialoqa və boğazın təhlükəsiz açılmasına yönəlmiş koordinasiyalı addımlara çağırıb.
Makron Ermənistanda keçirilən Avropa Siyasi Birliyi sammitində çıxışı zamanı bildirib ki, bölgədə dəniz nəqliyyatının təhlükəsizliyi yalnız Vaşinqton və Tehranın paralel və razılaşdırılmış hərəkəti ilə təmin oluna bilər.
Fransa lideri həmçinin qeyd edib ki, Paris hərbi əməliyyatların genişləndirildiyi və mandatı aydın olmayan heç bir hərbi missiyada iştirak etməyəcək.
Makronun bu bəyanatı ABŞ-ın regionda hərbi müşayiət tədbirlərini gücləndirdiyi və Qərb ölkələri arasında boğazın təhlükəsizliyi ilə bağlı fərqli yanaşmaların ortaya çıxdığı bir vaxta təsadüf edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər