Mobil versiya
16 yaşına çatmayan qızını evliliyə məcbur edən ata həbs edildi
Tarix: 05-05-2026 | Saat: 09:24
Bölmə:Karusel / Ölkə | çapa göndər

16 yaşına çatmayan qızını evliliyə məcbur edən ata

Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı Şəki rayon sakini 16 yaşına çatmayan şəxsin valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib.

aia.az xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu məlumat yayıb.

Qeyd edilib ki, məsələ ilə bağlı məlumat dərhal Şəki Şəhər-Rayon Polis Şöbəsinə ötürülüb. Polis əməkdaşları tərəfindən valideyn barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən protokol tərtib edilərək, materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim olunub.

İşə məhkəmədə baxılarkən müvafiq qurumların nümayəndələrinin və digər prosessual şəxslərin iştirakı ilə məsələyə hüquqi qiymət verilib. Nəticədə valideyn qeyd olunan maddə üzrə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-05-2026