Bakıdan dünyaya sülh və qürur manifesti - DEPUTAT
Tarix: 05-05-2026 | Saat: 12:16
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Bəzən bir gün, bəzən bircə tarixi çıxış onilliklərin düyününü açır, bəşəriyyətin yaddaşına silinməz bir möhür vurur. 2026-cı ilin 4 may günü məhz belə bir tale anı kimi yaddaşlara həkk olundu. Cənab Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı sadəcə diplomatik bir bəyanat deyil, Cənubi Qafqazda Azərbaycanın memarı olduğu yeni nizamın təntənəsi idi. Bu çıxış, otuz illik işğal və ədalətsizliyin külləri üzərindən ucalan, öz taleyini özü yazan bir xalqın qürur dolu sədası, sülhlə yoğrulmuş zəfər manifesti idi. Dövlət başçısı bu nitqi ilə sübut etdi ki, Qafqaz artıq başqalarının maraqlarının toqquşma meydanı deyil, öz iradəsi ilə gələcəyini inşa edən qüdrətli bir regiondur.
Cənab Prezidentin nitqində ən uca notlarla səslənən məqam, illərlə keçilməz görünən düşmənçilik sədlərinin sülhün hərarəti ilə əriməsi idi. Ermənistanın 2028-ci ildə keçiriləcək növbəti Zirvə görüşünün Azərbaycanda təşkil olunmasını dəstəkləməsi, tarixin təkərinin artıq geriyə dönməyəcəyinin ən bariz sübutuna çevrildi. Bu, sadəcə diplomatik bir prosedur deyil, regionun iki əsas aktorunun bir-birinin suverenliyinə və gələcəyinə verdiyi qarşılıqlı ehtiramın rəmzidir. Bakı bu gün regionun siyasi qəlbi kimi döyünür, İrəvan isə bu reallığı qəbul edərək gələcəyə Azərbaycanla birlikdə baxmağın yeganə çıxış yolu olduğunu anlayır. Dövlət başçısı bu yeni reallığı səmimi və qətiyyətli bir cümlə ilə ifadə etdi:
“Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.”
Sülh Azərbaycan üçün yalnız atəşkəs deyil, həm də xalqların rifahı üçün açılan yeni qapılardır. İllərlə qapalı qalan, paslanmış sərhəd qapıları indi sülhün bərəkətli qatarları üçün açılır. Prezidentin çıxışında səslənən o möhtəşəm rəqəmlər — Ermənistana ötürülən 28 min ton yük və tarixdə ilk dəfə tədarük edilən 12 min ton neft məhsulu — sülhün kağızdan süfrələrə, nəzəriyyədən iqtisadiyyata köçən real bəhrəsidir. Bu gün Azərbaycan öz enerjisi ilə yalnız Avropanı deyil, həm də sülh naminə qonşusunu isidir. Xüsusilə, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adı ilə tarixə düşən və Naxçıvanı ana vətənə qovuşduracaq o strateji yol, təkcə asfalt və betondan ibarət infrastruktur deyil; o, Türk dünyasının birləşən damarı, Orta Dəhlizin isə sarsılmaz sütunudur. Bu yol, sülhün nə qədər gəlirli və səmərəli olduğunu bütün dünyaya nümayiş etdirir.
Lakin bu sülh mənzərəsinə hər kəs eyni səmimiyyətlə baxmır. Prezident çıxışında bəzi Avropa təsisatlarının, xüsusilə AŞPA və Avropa Parlamentinin sülh prosesinə dəstək vermək əvəzinə, köhnə qərəzlərin əsirinə çevrilməsini sərrt şəkildə qınadı. Beş il ərzində qəbul edilən 14 qərəzli qətnamə Azərbaycanın haqlı davasına kölgə sala bilmədi, əksinə, ölkəmizin diplomatik qətiyyətini daha da poladlaşdırdı. Azərbaycan parlamentinin bu qərəzə cavab olaraq əməkdaşlığı dayandırmaq qərarı, müstəqil dövlətin heç bir kənar diktəni qəbul etməyəcəyinin mesajı idi. Cənab Prezident bu qurumların riyakarlığını və Azərbaycanın dəyişməz prinsipini belə vurğuladı:
“Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır.”
Dövlət başçısı aydın şəkildə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin bütövlüyü qədər müqəddəsdir və bu məsələdə ikili standartlara yer yoxdur.
Cənab Prezident İlham Əliyevin bu tarixi nitqi bir daha təsdiq etdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və bu yol geri dönülməzdir. Maneə törətmək istəyən güclər, manipulyasiya edən təsisatlar və köhnə kin-küdurətdən qidalanan tərəflər bilsinlər ki, Cənubi Qafqazın taleyi artıq xarici paytaxtlarda deyil, məhz Bakıda və regionun özündə həll olunur. Bu gün Qafqazda doğan sülh günəşi yalnız iki ölkəni deyil, bütün Avrasiya məkanını sabitlik və ədalətlə nurlandıracaqdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər