Mobil versiya
Ermənistan və Aİ arasında yaxınlaşma – iki mühüm sənəd imzalandı
Tarix: 05-05-2026 | Saat: 13:00
Bölmə:Özəl | çapa göndər

Ermənistan və Aİ arasında yaxınlaşma – iki mühüm sənəd imzalandı


İrəvanda keçirilən Ermənistan–Avropa İttifaqı sammiti çərçivəsində tərəflər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində iki yeni sənəd imzalanıb.

Məlumata görə, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Avropa Komissiyasının nümayəndəsi Adrien Kirali arasında əlaqələndirmə sahəsində tərəfdaşlığın başlanmasını nəzərdə tutan sənəd imzalanıb. Bu sənəd tərəflər arasında institusional əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

Eyni zamanda, Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan ilə Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) icraçı direktoru Hans Leytens arasında da əməkdaşlığa dair işçi saziş paraflanıb. Bu razılaşmanın sərhəd idarəçiliyi və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməsi gözlənilir.

Rəsmi açıqlamalara əsasən, bu addımlar Ermənistan–Aİ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və tərəflər arasında praktiki əməkdaşlığın genişlənməsinə xidmət edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-05-2026