Ermənistan Polşa ilə birgə hərbi təlimlərə hazırlaşır – müdafiə əməkdaşlığı genişlənir
Tarix: 07-05-2026 | Saat: 18:00
Bölmə:Özəl | çapa göndər

Ermənistan və Polşa arasında müdafiə sahəsində əməkdaşlıq yeni mərhələyə keçir. Məlumata görə, tərəflər birgə hərbi təlimlərin keçirilməsi imkanlarını müzakirə ediblər və bu istiqamətdə ilkin razılaşmalar əldə olunub.
Danışıqlar Ermənistanın müdafiə naziri Suren Papikyanın Varşavaya səfəri zamanı Polşanın müdafiə naziri ilə baş tutub. Görüşdə hərbi təhsil müəssisələri arasında əməkdaşlıq, kadr hazırlığı və müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi də gündəmdə olub.
Tərəflər həmçinin Ermənistana Polşada hərbi attaşe ofisinin açılması məsələsini də müzakirə ediblər. Bu addım iki ölkə arasında hərbi-diplomatik əlaqələrin institusional səviyyəyə qaldırılması kimi qiymətləndirilir.
Analitiklərin fikrincə, bu əməkdaşlıq Ermənistanın Qərblə təhlükəsizlik əlaqələrini genişləndirmə siyasətinin tərkib hissəsidir və regiondakı geosiyasi balansda əlavə dəyişikliklər yarada bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-05-2026