Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib. -Foto
Tarix: 07-05-2026 | Saat: 18:27
Bölmə:Özəl | çapa göndər

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı və Tovuz Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – əbədiyaşar lider” mövzusunda konfrans keçirilib.
aia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz Rayon Ağsaqqallar Şurasının sədri Məzahir Bayramov, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Onun müdrik siyasəti nəticəsində ölkəmiz müstəqilliyini qoruyub saxlayaraq sabitlik və inkişaf yoluna çıxmışdır. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir. Həmçinin qeyd edilib ki, Mehriban Əliyeva tərəfindən həyata keçirilən sosial və humanitar layihələr də bu istiqamətdə mühüm rol oynayır. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və milli-mənəvi dəyərlərə bağlılığının artırılması bu siyasətin əsas istiqamətlərindəndir.
Çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır. Onun uzaqgörən siyasəti nəticəsində güclü dövlət idarəçiliyi formalaşmış, sosial-iqtisadi inkişafın əsası qoyulmuşdur. Bildirilib ki, regionların inkişafı və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər Ulu Öndərin müəyyən etdiyi strateji xəttin uğurlu davamıdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-05-2026