Mobil versiya
“Avropa Parlamenti xarab printerə çevrilib” – Zaxarova Bakının qərarını müdafiə etdi
Tarix: 07-05-2026 | Saat: 18:32
Bölmə:Özəl | çapa göndər

“Avropa Parlamenti xarab printerə çevrilib” – Zaxarova Bakının qərarını müdafiə etdi


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarına dəstək verib. O bildirib ki, rəsmi Bakının bu addımı tamamilə suveren hüququdur və Moskva üçün təəccüblü deyil.

Zaxarova Avropa Parlamentinin qəbul etdiyi qətnamələri “siyasiləşmiş və saxta sənədlər” adlandıraraq qurumu “xarab olmuş printer”ə bənzədib. Onun sözlərinə görə, Avropa Parlamenti davamlı şəkildə qərəzli sənədlər yayır və üçüncü ölkələrlə münasibətdə təkəbbürlü davranış sərgiləyir.

Rusiya rəsmisi həmçinin bildirib ki, bu struktur artıq Brüsselin ultraliberal siyasətinin ruporuna çevrilib və demokratiya prinsiplərindən uzaqlaşıb. O, Avropa Parlamentini saxta məlumat yaymaqda, söz azadlığını məhdudlaşdırmaqda və tarixi manipulyasiya etməkdə ittiham edib.

Bununla yanaşı, Zaxarova Azərbaycanın digər Avropa institutları ilə dialoqu davam etdirməsini Bakının balanslı və müstəqil xarici siyasətinin göstəricisi kimi qiymətləndirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2026