Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir -Fotolar
Tarix: 07-05-2026 | Saat: 18:09
Bölmə:Özəl | çapa göndər

2026 - cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə YAP Qazax rayon təşkilatı Daş Salahlı 2 saylı tam orta məktəb ərazi partiya təşkilatında “Nə zaman, nə məkan anlayışına sığmayan şərəfli və mənalı ömür”, “Azərbaycan Bayrağı” ordenli Qaratel Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatında “Dahilər ölmürlər, əbədiyyətə qovuşurlar”, YAP Qazax rayon təşkilatı, Qazax rayon İcra Hakimiyyəti və Qazax Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Tarix yazan və yaradan Dahi Şəxsiyyət ” mövzusunda tədbirlər keçirilib.
aia.az xəbər verir ki, tədbirlərdən əvvəl Ümummilli Lider Heydər Əliyevin, birinci Qarabağ müharibəsi şəhidləri Şahin Cəbiyevin, “Azərbaycan Bayrağı” ordenli Qaratel Hacımahmudovanın büstləri tədbir iştirakçıları tərəfindən ziyarət olunub və önünə tər çiçəklər düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömrünə, misilsiz xidmətlərinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, ərazi partiya təşkilatının sədr və müavinləri, partiya veteranları və fəalları çıxış edərək Möhtərəm Prezident İlham Əliyev cənablarının 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026 - cı ilin “Şəhərsalma və Memarlıq İli”elan edildiyini və 10 may 2026- cı il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümünün böyük təntənə ilə qeyd olunacağını diqqətə çatdırıblar.
Natiqlər müstəqil, suveren Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və xalqımız qarşısında tarixi xidmətlərindən, ölkəmizin sosial-iqtisadi inkişafında gördüyü genişmiqyaslı işlərdən, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan qələbələrdən, əldə olunan nailiyyətlərdən ətraflı danışıblar.
Tədbirlərin sonunda tələbələr və şagirdlər Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, müxtəlif ədəbi - bədii kompozisiyalarla çıxış ediblər.
Sonda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-05-2026