Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi artıq dövlət siyasətinin əsas istiqamətlərindən biridir - Azər Məmmədovun şərhi
Tarix: 14-05-2026 | Saat: 09:17
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Artıq altı ildir ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin nəticəsi olaraq işğaldan azad olunmuş əraziləri yenidən qurur, dirçəldir. “Böyük Qayıdış” proqramının icrası ardıcıl və sistemli şəkildə davam etdirilir. Demək yerinə düşər ki, bu proseslər bütün dünyada diqqətlə və eyni zamanda böyük maraqla izlənilir. Bir çox tanınmış beynəlxalq analitiklər Qarabağ və Şərqi Zəngəzur torpaqlarında aparılan yenidənqurma işlərini əhatəliliyinə, dinamikasına və müasir texnologiyaların tətbiq sahələrinin genişliyinə görə dünyada analoqu olmayan proqressiv proseslər kimi dəyərləndirirlər.
Bu fikirlər aia.az saytının baş redaktoru Azər Məmmədovun mətbuata təqdim etdiyi şərhində yer alıb.
Media təmsilçisi Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə həyata keçirdiyi mütəmadi səfərləri həmin torpaqlarda görülən işlərin yalnız sürətini deyil, həm də keyfiyyət göstəricilərini yüksəldən əsas amillərdən biri kimi səciyyələndirib, dövlət başçısının mayın 9-u və 10-da Cəbrayıl və Zəngilanda doğma yurdlarına qayıdan sakinlərlə keçirdiyi görüşlərin həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyan hadisələr sırasında olduğunu diqqətə çatdırıb: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri dövlətin postmüharibə dövrü üçün inkişaf strategiyasının əsas istiqamətlərini nümayiş etdirir. Məhz bu baxımdan da Prezident İlham Əliyevin mayın 9-da Şükürbəyli sakinləri ilə, eləcə də mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı səsləndirdiyi fikirlər böyük önəm daşıyır. Qarabağa və Şərqi Zəngəzura qayıdış prosesi sadəcə sosial layihə deyil, həm də milli dirçəliş və iqtisadi transformasiya proqramıdır. Azərbaycan dövləti azad edilmiş ərazilərdə qurub-yaradır. Cəbrayıl şəhəri, Horovlu kəndi, Cocuq Mərcanlı və digər yaşayış məntəqələrində həyat yenidən canlanır. Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, Şükürbəyliyə qayıtmaq istəyən insanların sayı mövcud yaşayış fondunu üstələyir. Bu fakt Böyük Qayıdış proqramına olan yüksək ictimai inamı və insanların doğma torpaqlara bağlılığını göstərir. Dövlətin kəndin ikinci mərhələsini də nəzərdə tutması isə bu prosesin davamlı xarakter daşıdığını göstərən mühüm amildir.”
Baş redaktor bunu da bildirib ki, Prezident İlham Əliyevin öz çıxışında məşğulluq məsələsinə xüsusi yer ayırması da təsadüfi deyil. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən siyasətin əsas məqsədi yalnız yaşayış məntəqələri qurmaq deyil, eyni zamanda dayanıqlı iqtisadi model formalaşdırmaqdır: “Dövlət sektorunda yaradılan iş yerləri, kənd təsərrüfatı imkanları, heyvandarlıq və bitkiçilik sahələrinin inkişafı bölgədə iqtisadi fəallığın artırılmasına xidmət edir. Bununla yanaşı, “Araz Vadisi” Sənaye Zonası regionun gələcək inkişafında strateji rol oynaya bilər. 200 hektarlıq ərazidə yerləşən sənaye zonasına artıq 20 rezidentin cəlb olunması onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə ölkənin əsas iqtisadi və sənaye mərkəzlərindən birinə çevriləcək. Əlbəttə ki, dövlət başçısının enerji layihələri ilə bağlı səsləndirdiyi fikirlər də xüsusi diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi artıq dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Günəş və su elektrik stansiyalarının yaradılması nəticəsində yaxın illərdə bölgənin böyük enerji potensialına malik olması gözlənilir. Bu layihələr həm enerji təhlükəsizliyinə töhfə verəcək, həm də yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Zəngilan şəhərində ilk yaşayış kompleksinin istifadəyə verilməsi bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin illər əvvəl məcburi köçkünlərə verdiyi “siz mütləq qayıdacaqsınız” vədi artıq reallığa çevrilib. Bu gün Zəngilanda qurulan yeni həyat Azərbaycan dövlətinin siyasi iradəsinin, iqtisadi gücünün və xalq-dövlət birliyinin ən aydın təzahürlərindən biridir. Vaxtilə xarabalığa çevrilmiş şəhər indi müasir yaşayış məkanına çevrilərək Böyük Qayıdışın simvolu olur” – deyə, Azər Məmmdəov şərhini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-05-2026