Mobil versiya
Spiker Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfərə gəlib -Foto
Tarix: 14-05-2026 | Saat: 09:49
Bölmə:Gündəm | çapa göndər

Spiker Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfərə gəlib

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti İkinci Asiya Qadınlar Forumunda iştirak etmək məqsədi ilə Özbəkistan Respublikasına səfərə gəlib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Buxara şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının üzvü Gülnara Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın İkinci Asiya Qadınlar Forumunun rəsmi açılış mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə