Mobil versiya
Kanslerdən Tramp haqda ŞOK etiraf
Tarix: 15-05-2026 | Saat: 19:00
Bölmə:Dünya | çapa göndər

Kanslerdən Tramp haqda ŞOK etiraf


Almaniya kansleri Fridrix Mertz ABŞ prezidenti Donald Tramp ilə mübahisə etməyin mənasız olduğunu etiraf edib. aia.az xarici agentliklərə istinadən xəbər verir ki, kansler bu barədə İspaniyanın “ABC” qəzetinə müsahibəsində danışıb. Jurnalistin Trampla söhbətlər zamanı sakit qalmaq üçün hansısa xüsusi şablondan istifadə edib-etmədiyi barədə sualına belə cavab verib: “Belə şəraitdə mübahisəyə girməyin mənası yoxdur. Buna cəhd edənlərin başına gələnlərə baxsanız, onların bəxti gətirməyib.”

Mertz nümunə kimi 2025-ci ilin fevralında Ağ Evdə Vladimir Zelenski ilə Donald Tramp arasında baş verən qalmaqallı mübahisəni yada salıb. Həmin görüş zamanı Tramp Zelenskini sərt şəkildə tənqid etmiş, Ukrayna prezidenti isə görüş başa çatmadan Ağ Evi tərk etmək məcburiyyətində qalmışdı. Almaniya kansleri müsahibədə müxtəlif siyasətçilərlə ünsiyyət zamanı onlara uyğun davranmağa çalışdığını da bildirib.

Məqalədə qeyd olunur ki, Tramp və Merts arasında münasibətlər xüsusilə apreldə gərginləşib. Buna səbəb Mertsin ABŞ və Qərb ölkələrini İranın gücünü düzgün qiymətləndirməməkdə ittiham etməsi olmuşdu. Tramp isə cavab olaraq Mertsi sərt tənqid etmiş və Almaniya kanslerinin “çox pis işlədiyini”, Almaniyanın isə onun dövründə “mümkün olan bütün problemlərlə üzləşdiyini” bildirmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2026