Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
Tarix: 06-06-2026 | Saat: 09:47
Bölmə:Dünya | çapa göndər

Ermənistan Mərkəzi Seçki Komissiyası Respublika Partiyasının lideri Aram Sarkisyanın 7 iyuna təyin olunmuş parlament seçkilərində Rusiyanın adamı olan Samvel Karapetyanın "Güclü Ermənistan" blokunun qeydiyyatının etibarsız hesab edilməsi ilə bağlı müraciətini rədd edib.
aia.az xəbər verir ki, qərar ötən gecə yerli televiziya kanallarında yayımlanan növbədənkənar iclasda qəbul edilib. MSK sədri Vahaqn Hovakimyan qərarı oxuyub: "Mərkəzi Seçki Komissiyası "Güclü Ermənistan" blokunun seçki siyahısının qeydiyyatının ləğvi üçün məhkəmə iddiası qaldırmaq üçün heç bir əsas olmadığını müəyyən edib. Mərkəzi Seçki Komissiyası Aram Sarkisyanın 5 iyun tarixli müraciətini rədd etmək qərarına gəlib və bu qərar dərc edildiyi andan qüvvəyə minir".
Qərardan üç təqvim günü ərzində apelyasiya şikayəti verilə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-06-2026
05-06-2026