“Qəbələm, qəbiləm, qibləm” -Foto
Tarix: 10-06-2026 | Saat: 13:37
Bölmə:Özəl | çapa göndər

Vaxtilə ustad şairimiz Məmməd İsmayıl Qəbələ haqqında şeirində “Qəbələm,Qəbiləm” yazırdı. Bu ulu mənanı “ qiblə ” kimi də xarakterizə etsək, zənnimcə yanılmarıq.
Qədim tarixi, zəngin təbiəti ilə hər kəsi heyran edən cənnətməkan Qəbələnin insanları da gözəldir.
Bu yazımı Qəbələyə həsr elədiyim şeirimin bir bəndi ilə davam edirəm.
Anam Azərbaycanın gözəl olur hər ayı,
Vardır Ulu yurdumun, dağı, dənizi, çayı.
Şah dağı Qəbələyə, sığal çəkir il boyu,
Bazaryurd, Güllüburun, Tufandağ Tanrı payı .
Bildiyimiz kimi Qəbələnin tarixi çox qədimdir. Hələ bizim eramızdan bir neçə min il əvvəl 200 il qədim Albaniyanın paytaxtı olmaq da Qəbələbimiz qədimliyindən xəbər verir.
Azərbaycanın İsveçrəsi sayılan ,Qafqaz sıra dağlarının ətəyində yerləşən Qəbələ bu gün ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsi və ölkə əhəmiyyətli rəsmi dövlət tədbirlərinin burada ucalan Konqres sarayında keçirilməsi çox ürəkaçandır.
Bu ecazkar diyar haqqında ən gözəl ifadələr işlətsəm yenə azdır. Bu il Müstəqillik günümüzü Qəbələnin tanınmış ziyalıları ilə keçirdim.İlk görüşüm əziz dostum Əjdər Rövşən oğlu Şəfizadə ilə oldu.Sonra məni Qəbələyə dəvət edən həmkarım Akif Cabbarlı rayonun 6-7 ağsaqqalı ilə çay süfrəsi arxasında tanış elədi.
Uzun müddət Qəbələ rayonunda partiya, sovet orqanlarında məsul vəzifələrdə çalışmış Səməd Səmədov, Əməkdar müəllim, özəl diyarşünaslıq muzeyinin yaradıcısı və direktoru Fərman Əzizli eləcə də Qəbələdə digər məsul vəzifələrdə çalışmış Qərib Qəribov, Sədiyar Səfərəliyev, Tofiq Allahverdiyev, Mihəsən Ağayev, Elxan Səmədov və Akif Cabbarlının qohumu Hüseyn Əhmədovla rayonun ziyalıları haqqında xeyli söhbət elədik.Onların ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadıqlarından danışdıq.Musa Məmmədov, Kamil Məmmədov ,Ələskər Cabbarov ,Ağa Əliquliyev,Əhməd və Fazil Əhədovlar, Rafiq Ələkbərov,Qəbələ Xanlar, Ağalar İbrahimov, Abid Tahirli, Nəriman Cavadov ,Dağlar Səfərov, Nadir və Fərhad Mehdiyevlər haqqında maraqlı söhbətlər oldu.
Qəbələdə olduğum üç gün ərzində bir neçə kəndində dostlarımızın xeyir-şər məclislərində də olduq.
Səfərimizin sonuncu günü Qəbələdə və Bakıda yaşayan qəbələli dostlarım -Nəriman Cavadov, Tofiq Cəlilov, Fəxrəddin Babayev ,Sədiyar Məmmədov, Mirzəcan Abbasov, Mirhəsən Ağayev və istedadlı qələm sahibi şair Cəlil Xeyirbəy ilə Zarağanda, gözəl bir məkanda çörək kəsdik. Maraqlı söhbətlər etdik.Təbiətin özünəməxsus şıltaqlığının şahidi olduq. Bir neçə dəqiqənin içində tufanın baş verməsini ,şimşək çaxıb dolu düşməsini və nəhayət leysan yağmasını da gördük. Amma, alim qardaşım Nəriman müəllimin elmi söhbətlərini, şair dostum Cəlili Xeyirbəy gözəl şeirlərini dinləmək heç birimizi yormadı.İşığın sönməsi də şirin söhbətimizə mane ola bilmədi.Lampa işığında xeyli maraqlı söhbətlər etdik.
Qəbələyə gələni qarşılayır Vəndamı,
Mucuqla Yeddi gözəl sehrə salır adamı.
Həmzəli, Bum, Qəmərvan Qəbələni tanıdır,
İsmayıl bəy Poladla millətimin şanıdır !
Səfərimizin sonuncu günü Bakıya dönməzdən əvvəl dostlarımdan Qəbələ şəhərinin dağətəyi ərazisini piyada gəzmək istədiyimi bildirdim və xeyli gəzdik də.Etiraf edim ki, bəli, Qəbələ inkişaf edib. Amma, gördüyüm bir mənzərə heç ürəyimcə olmadı.
İki generalın adını daşıyan bir küçədə vurulan lövhələrdə “general” sözü ilə rastlaşmamağım məni çox üzdü. Rus ordusunda Polşaya qədər gedib çıxan general İsmayıl bəy Qutqaşınlının və Milli Qəhrəman general Polad Həşimovun ruhlarından utandım.Qəbələnin mərkəzi küçələrinin birində ucalan general İsmayıl bəy Qutqaşınlının büstü önündə yazılan sadəcə İ.B.Qutqaşınlı sözü məni çox kədərləndirdi.
Nə yaxşı ki hələ belə kişilər var.
Beləliklə,
Qədim Çuxur Qəbələ sirdaşdır Alazana,
Yazda Dəmiraparan səsin salır hər yana
Qoçalançay, Türyançay dağların göz yaşıdır.
Gövurla Səlbirqala tarixin yaddaşıdır.
P.S. Yazıda nəinki Qəbələnin, bütövlükdə Azərbaycanımızın fəxri olan iki döyüş generalının adlarının bu cür laqeyidcəsinə küçə lövhələrində görünməsi ilə bağlı iradımın istiqanlıqla qarşılanacağı və bu lövhələrin yenidən, yüksək səviyyədə işıq üzü görməsi ümidindəyəm. Zənnimcə Qəbələnin müvafiq təşkilatları məni düzgün başa düşəcəklər. Qoy qəbələlilər də, bura gələn xarici turistlər də Azərbaycanın fəxri olan generallar barədə Azərbaycan və ingilis dillərində yazılan məlumatları təfərrüatı ilə öyrənə bilsinlər. Bu, zamanın tələbi və əsl vətəndaşlıq borcudur.
Mübariz Süleymanlı
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və AYB-nin üzvü, Beynəlxalq mükafatlar laureatı, şair-publisist.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər