Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin plenar iclasında çıxış edib - YENİLƏNİB
Tarix: 12-06-2026 | Saat: 12:02
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Hörmətli həmkarlar!
Bizim iclasımız müstəqil Azərbaycanın taleyində dönüş yaratmış bir hadisənin ildönümü ərəfəsində keçirilir. İyunun 15-də xalqımız Milli Qurtuluş Gününü qeyd edəcək. Yaxşı bilirik ki, bu gün müasir tariximizdə müstəsna yer tutur.
Hörmətli deputatlar!
1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən az sonra dövlətimiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə böyük siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması tarixin gedişini dəyişdirməyə imkan verdi. Ümummilli Lider xalqımızın öz dəyərlərinə sadiqliyini, dövlətçiliyini qorumaq və gələcəyini müəyyən etmək əzmini real siyasi gücə çevirdi.
Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın tarixi seçimi idi. Ulu Öndər zamanın çağırışlarına cavab vermək qabiliyyəti sayəsində müstəqil dövlətimizi qoruyub saxladı və möhkəmləndirdi. Azərbaycan davamlı inkişaf yoluna çıxdı və onun geosiyasi əhəmiyyəti artdı. Ölkəmiz qlobal miqyaslı iqtisadi layihələrin mərkəzinə çevrildi.
Hörmətli deputatlar!
Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur.
Eyni zamanda, o, bugünkü Azərbaycan parlamentinin də banisidir.
Hörmətli həmkarlar!
Ötən illər göstərdi ki, Ulu Öndərin yaratdığı milli dövlətçilik konsepsiyası böyük siyasi potensiala malik olmaqla yanaşı, həm də xalqın və dövlətin uzunmüddətli strateji maraqlarına əsaslanır. Heydər Əliyevin Azərbaycançılıq və dövlətçilik ideyaları Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin fəaliyyətində ardıcıl inkişaf etdirilir.
Hörmətli deputatlar!
Bu gün biz keçdiyimiz yola nəzər salaraq, inamla söyləyə bilərik ki, 1993-cü ildə və sonrakı dövrdə Ulu Öndərin həyata keçirdiyi milli qurtuluş missiyası ilə müasir Azərbaycanın nailiyyətləri arasında birbaşa əlaqə var.
Torpaqlarımızın 30 illik işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması, Azərbaycanın nüfuzlu və güclü bir dövlətə çevrilməsi, hər il, hər ay müşahidə etdiyimiz digər uğurlar Heydər Əliyev siyasi xəttinin ardıcıl surətdə davam etdirilməsinin nəticəsidir.
Məhz buna görə də Milli Qurtuluş Günü təkcə tarixin bir anı deyil. Bu gün müstəqillik və dövlətçilik ideyalarının təntənəsidir. Gələcək nəsillər qarşısında məsuliyyət hissinin təcəssümüdür. Xalq ilə dövlətin birliyinin rəmzidir.
Hörmətli həmkarlar!
Milli Qurtuluş Günü ərəfəsində biz Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir daha ehtiramla yad edirik. Əmin olduğumuzu bildiririk ki, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da müstəqil inkişaf yollarında inamla addımlayacaq. Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaqdır.
Hörmətli deputatlar !
Hörmətli qonaqlar !
Mən təklif edirəm ki, Milli Qurtuluş Günü münasibətilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan dövlətinin bugünü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq. (Alqışlar)
Hörmətli həmkarlar !
Hörmətli qonaqlar !
Bayram münasibətilə mən sizin hər birinizi ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik arzulayıram və bizi burada müşahidə edən jurnalistləri də ürəkdən təbrik edirəm!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-06-2026