Mobil versiya
Hövsanda qanunsuz balıq ovlayan şəxs saxlanıldı
Tarix: 13-06-2026 | Saat: 15:59
Bölmə:Ölkə | çapa göndər

Hövsanda qanunsuz balıq ovlayan şəxs saxlanıldı


Su Nəqliyyatında Polis İdarəsinin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi ilə birgə keçirdikləri tədbir zamanı qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxs aşkar edilib.

Araşdırmalarla paytaxt sakini 57 yaşlı N.Əliyevin Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində, Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olması müəyyən edilib.

Yoxlama zamanı ondan 2 ədəd tilovlu qarmaq, balıq tutmaq üçün sintetik tor, “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş qayıq, həmçinin ümumi çəkisi 31 kiloqram olan 35 ədəd kütüm balığı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2026