Mobil versiya
Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib -Fotolar
Tarix: 13-06-2026 | Saat: 14:00
Bölmə:Gündəm | çapa göndər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Bu gün Abşeron rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə “Son zəng” tədbirləri keçirilib.
Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə təşkil olunan “Son zəng” tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri, qazilər, o cümlədən valideynlər iştirak ediblər.
Dövlət Himni oxunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məzunları və pedaqoji kollektivi Qurtuluş Günü və “Son zəng” münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük inkişaf əldə olunub. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitsde-Prezidetn Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Abşeron rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb.

RİH başçısı xalqımızın Vətən Müharibəsində qazandığı zəfərdən danışıb, qələbə üçün döyüşən igid övladlarımızın müstəqil Azərbaycanın orta məktəblərində formalaşdığını, təlim-tərbiyə olunduğunu, milli vətənpərvər ruhunda yetişdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
A.Fərzəliyev tarixi qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirərək qeyd edib ki, Azərbaycan xalqı şəhidlərimizi daim qəlblərdə yaşadacaq, bugünkü və gələcək nəsillər hər zaman onlardan ibrət götürəcək.

Sonda RİH başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi şəhidi Ruslan İsmayılovun oğlu Nihat İsmayılovu orta məktəbi bitirməsi münasibəti ilə təbrik edib, ona gələcək həyatında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən müəllimlər, məzunlar və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar təqdim edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə