Böyük Britaniya sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq etməyə hazırlaşır
Tarix: 16-06-2026 | Saat: 10:02
Bölmə:Özəl | çapa göndər

Böyük Britaniya hökuməti 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət tətbiq etməyi planlaşdırır. Yeni təşəbbüs uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin artırılması və onların psixoloji sağlamlığının qorunması məqsədi daşıyır.
Bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, müasir uşaqlar texnologiyanın həyatın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə böyüyür və bu vəziyyət ciddi narahatlıq doğurur.
Starmerin sözlərinə görə, hökumətin məqsədi uşaqlara daha sağlam və təhlükəsiz uşaqlıq dövrü bəxş etməkdir. Baş nazir qeyd edib ki, bir valideyn kimi uşaqların təhlükəsiz, xoşbəxt və balanslı şəkildə böyüməsi onun üçün xüsusi əhəmiyyət daşıyır.
Hökumətin apardığı araşdırmalar zamanı minlərlə valideynin rəyi öyrənilib. Sorğularda iştirak edən valideynlər uşaqların sosial şəbəkələrə həddindən artıq bağlı olduqlarını, uzun saatlarını ekran qarşısında keçirdiklərini və bunun onların gündəlik həyatına mənfi təsir göstərdiyini bildiriblər.
Valideynlərin fikrincə, sosial şəbəkələrə həddindən artıq vaxt sərf olunması uşaqların fiziki aktivliyini azaldır, yuxu rejimini pozur və ailə ilə keçirdikləri vaxtı məhdudlaşdırır. Həmçinin bu vəziyyətin psixoloji sağlamlığa da mənfi təsir göstərdiyi vurğulanır.
Məlumata görə, yeni qaydaların 2027-ci ilin yaz aylarına qədər qüvvəyə minməsi planlaşdırılır. Qanun qəbul edilərsə, Böyük Britaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıran ölkələr sırasına qoşulacaq.
Mövzu Azərbaycanda da müzakirə olunur. Son dövrlərdə ölkədə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Bununla bağlı yekun qərar olmasa da, məsələ ictimai müzakirələrdə diqqət mərkəzində qalır.
Ekspertlər hesab edirlər ki, uşaqların internetdən istifadəsi ilə bağlı qaydaların sərtləşdirilməsi gələcəkdə bir çox ölkələrin gündəminə çevrilə bilər. Məqsəd isə rəqəmsal imkanlarla uşaqların təhlükəsizliyi arasında daha sağlam balans yaratmaqdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər