Mobil versiya
"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" - Natiq Məmmədli
Tarix: 16-06-2026 | Saat: 12:03
Bölmə:Manşet / Media | çapa göndər

"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" -

"Bu gün sadəcə iki qurumun birləşməsi ideyası müzakirə olunmur. Eyni zamanda, Azərbaycan media islahatları yeni institusional mərhələyə qədəm qoyur. Azərbaycanda media islahatlarının başlanması Vətən müharibəsinin başa çatmasından təxminən iki ay sonra, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə olub. Bu, informasiya sahəsinə dövlətin münasibətinin nə qədər həssas olduğunu göstərir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədov deyib.

O bildirib ki, iki qurumun birləşməsindən sonra Azərbaycan mediası artıq yeni çağırışlara daha çevik reaksiya verəcək: "Rəqəmsal təhdidlər, ölkəmizə yönələn dezinformasiyaya qarşı birgə mübarizə daha çevik bir formada olacaq. Həm tənzimləmə, həm də dəstək funksiyaları birgə həyata keçiriləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-06-2026