UYDURMA TARİXİN VƏ SİYASİ QORXUNUN ACİZLİYİ
Tarix: 17-06-2026 | Saat: 13:34
Bölmə:Karusel / Manşet / Özəl / Siyasət / Qərbi Azərbaycan / Yazar6 | çapa göndər

Ermənistan Elmlər Akademiyasının və Qərbdəki sifarişli teatral təbliğatın səthi "araşdırması"na elmi-tarixi cavab
Ermənistanın akademik və siyasi dairələrinin, xüsusən də Ermənistan Milli Elmlər Akademiyasının son dövrlərdə "Qərbi Azərbaycan" ifadəsi və Qərbi Azərbaycan İcmasının fəaliyyəti qarşısında keçirdiyi qorxu xroniki bir isteriyaya, dərin bir siyasi vahiməyə çevrilmişdir. Özünü "elmi-analitik" adlandıran, lakin mahiyyət etibarından tarixdən kənar, subyektiv, böhtan xarakterli və xüsusi sifarişlə qələmə alındığı aşkar görünən bu təbliğat materialları toponimik həqiqətləri və fundamental tarix elmini həyasızcasına hədəf alır. Dünyada mifik, xəyali bir "böyük Ermənistan" nağılı uyduran, bu uydurma mifi yaşatmaq üçün "Daşnaksutyun" kimi şovinist partiyalar, ASALA kimi qanlı terror təşkilatları yaradıb qocalara, qadınlara, diplomatlara qarşı qətliamlar törədən, bəşəri cinayətlərə imza atan bir cəmiyyətin bu gün bizi "hibrid müharibədə" və "irredentizmdə" ittiham etməsi mənəvi rəzalətdir. İroniyaya baxın ki, bu gün Ermənistanın baş nahiyəsində əyləşənlər özləri belə erməni cəmiyyətindən və akademiyasından həmin o mifik, xəyali "tarixi Ermənistan" ideyasından tezləşdirilmiş şəkildə əl çəkməyi, real coğrafiyaya qayıtmağı tələb edir və bu mifik xəstəliyin Ermənistan dövlətini məhvə apardığını etiraf edir. Ermənilər də, onları idarə edən və qızışdıran dünya gücləri də çox yaxşı bilirlər ki, bu gün Ermənistan adlandırılan o torpaqlar əzəli və əbədi olaraq ulu Qarapapaq türklərinin, oğuz boylarının tarixi vətənidir. Bunu heç bir saxta tezis, heç bir sifarişli Qərb hesabatı silə bilməz. Bu tarixi həqiqəti həmin torpaqlardakı silinmez maddi-mədəni irsimiz, erməni vandalizmi nəticəsində yer üzündən silinmiş, viran qoyulmuş yüzlərlə kəndimiz, dağıdılmış məscidlərimiz, qədim qalalarımız və baş daşları sındırılmış ana qəbiristanlıqlarımız sübut edir.
Son 34 illik müstəqillik dövründə normal, suveren bir dövlət qurmağı bacarmayan, hələ də müxtəlif böyük dövlətlərin, ələlxüsus Rusiyanın regional "forpostu" olmaqdan xilas ola bilməyən, hətta özünün o balaca "Ermənistan" sərhədlərini belə təkbaşına qorumağa hərbi və siyasi qüdrəti çatmayan bir toplumun minilliklərə söykənən imperiya və dövlətçilik tarixinə malik Azərbaycan haqqında bu cür tərbiyəsiz ritorikanı davam etdirib dərs verməyə çalışması gülüncdür. Erməni tarixinə və qlobal arxivlərə nəzər saldıqda, 1918-ci ilə qədər dünya xəritəsində dövlət anlayışı olmayan bir xalqın, böyük güclərin əlində alətə çevrilərək onun-bunun hesabına, məhz tarixi Azərbaycan torpaqlarını qoparmaqla qurduğu qondarma respublikada çıxardığı pəstahalar və törətdiyi vəhşi terrorlar bəşəriyyətin yaddaşından heç vaxt silinməyəcəkdir. Yaxın tarixdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər kimi nəhəng imperiyalar qurmuş bir xalqın mifik xülyalarla özünə təsəlli vermək ehtiyacı yoxdur. Azərbaycanın dövlətçilik dühası real tarixi faktlara əsaslanır; Ermənistan isə başqalarının diktəsi ilə qurulan və bu gün də öz sərhədini qorumaq üçün yadellilərin ətəyindən yapışan süni bir geosiyasi layihədir.
Erməni təbliğat maşını arqument qıtlığından və tarixi faktlar qarşısındakı acizliyindən dolayı məhz elmi polemikada hiyləgər və qərəzli bir mülahizə üsulu olan klassik "ad hominem" taktikasına əl atır. Latın dilindən tərcümədə "insana doğru" və ya "şəxsiyyətə qarşı hücum" mənasına gələn bu metodun əsas mahiyyəti ondan ibarətdir ki, debatlarda tərəflərdən biri irəli sürülən fundamental arqumenti, arxiv sənədini və ya tarixi faktı elmi dəlillərlə təkzib edə bilməyəndə, birbaşa həmin fikri səsləndirən şəxsin özünə, xarakterinə, keçmişinə və ya peşə fəaliyyətinə hücum edir. Bu yanaşmanın yeganə çirkin məqsədi diqqəti əsas mövzudan yayındırmaq, şəxsiyyəti ləkələməklə onun dediyi həqiqətlərin dəyərini auditoriyanın gözündə daxildən aşağı salmaq və "quyunu zəhərləməkdir". Dünyaya "Daşnaksutyun" və ASALA kimi qanlı terror təşkilatları bəxş edən, daxilində korrupsiya və forpost bataqlığında boğulan Ermənistanın, dönüb Azərbaycana "Siz hibrid müharibə aparırsınız" deməsi elmi manipulyasiyadır. Ortada rəsmi sənədlər, köç kəsimləri və silinməz maddi irs olanda, erməni tərəfinin elmi müstəvidə deyəcək heç bir sözü qalmır və onlar yeganə çıxış yolunu "ad hominem" cızma-qaralarında – yəni həqiqəti deyən şəxslərin bioqrafiyasını qurdalamaqda, şayiə yaymaqda görürlər.
Məhz bu metodoloji uğursuzluğun nəticəsidir ki, erməni analitik mərkəzləri Qərbi Azərbaycan İcmasının rəhbərliyində, İdarə Heyətində və müxtəlif şuralarında təmsil olunan dünyaca ünlü alimlərin, görkəmli ictimai xadimlərin və ziyalıların haqqında böhtan və qərəz dolu fikirlər səsləndirməklə əslində ucuz bir şantaj yolu tutublar. Beynəlxalq miqyasda qəbul olunmuş fundamental elmi araşdırmaların, humanitar layihələrin və sosioloji təhlillərin müəllifi olan bu nüfuzlu şəxsiyyətləri hədəf almaq, onların akademik mülahizələrini kontekstdən çıxararaq manipulyasiya etmək, intellektual səviyyədə cavab verə bilməməyin gətirdiyi rəzalətdir. Bu cür bəsit qaralama cəhdləri və sarı mətbuat ritorikası icmanın elmi-mədəni legitimliyini sarsıda bilməz; əksinə, hücum edənlərin akademik yoxsulluğunu və əsassız qorxularını bir daha ifşa edir.
İndiki Ermənistan Respublikasının yerləşdiyi ərazinin — Çuxursəəd bəylərbəyliyi, İrəvan xanlığı, Naxçıvan xanlığı, Şörəyel sultanlığı, Ağbaba, Loru, Pəmbək və Zəngəzur mahallarının tarixi Türk torpaqları olması, buradakı toponimlərin mütləq əksəriyyətinin saf Türk mənşəli şəkillənməsi danılmaz, sarsılmaz bir reallıqdır. Əgər Ermənistan Elmlər Akademiyası bu həqiqəti "mif" adlandırırsa, qoy dönüb öz daxili arxivlərinə və mötəbər erməni müəlliflərinin etiraflarına baxsınlar. Tanınmış erməni tarixçisi Zaven Korkodyan 1932-ci ildə İrəvanda nəşr olunmuş "Sovet Ermənistanının əhalisi 1831-1931" adlı fundamental əsərində açıq şəkildə yazırdı: "1831-ci ilə qədər indiki Ermənistan ərazisindəki şəhər və kənd bələdiyyələrinin demək olar ki, hamısı türklərə məxsus idi. İrəvan şəhərinin özündə əhalinin mütləq əksəriyyəti azərbaycanlılar idi." Digər bir erməni alimi, professor Karp Patkanov hələ XIX əsrdə İrəvan xanlığının demoqrafik mənzərəsini araşdırarkən etiraf edirdi ki, "bu torpaqlarda ermənilər deyil, əsrlər boyu oturaq həyat sürən yerli müsəlman-türk əhalisi üstünlük təşkil edib, ermənilər bura sonradan köçürülüb." Çar Rusiyasının regional idarəçilik dövründə tərtib olunmuş kameral siyahılara, İvan Şopenin rəsmi sənədlərinə və rus xəritələrinə nəzər saldıqda Amasiya, Ellər, Basarkeçər, Cəlaloğlu, Qarakilsə, Üçkilsə kimi yüzlərlə toponim bu torpaqların tarixi sahibinin kim olduğunu düşmənin öz sənədləri ilə nümayiş etdirir. Əsl mif və süni ad yaradıcılığı məhz 1930-cu illərdən başlayaraq Sovet Ermənistanı Ali Sovetinin fərmanları ilə qədim Türk-Azərbaycan yer adlarının kütləvi şəkildə dəyişdirilməsi və erməniləşdirilməsidir. Bu rəsmi cinayəti belə gizlədə bilmirlər; erməni coğrafiyaşünası T.X. Hakopyan özünün "Ermənistanın və həmsərhəd bölgələrin toponimlər lüğəti" əsərində indiki Ermənistandakı yer adlarının 80%-dən çoxunun ilkin variantda Türk mənşəli olduğunu və sonradan dekretlərlə dəyişdirildiyini xəritələrlə təsdiq edir. Erməni tərəfi bu gün tarixi toponimlərin və coğrafi həqiqətlərin bərpasından ona görə xoflanır ki, bu adların altından köklü bir xalqın qədim mədəniyyəti, sahiblik haqqı boylanır.
1988-1989-cu illərdə Ermənistandan, öz doğma yurdundan vəhşi bir etnik təmizləməyə məruz qalan 300 mindən çox azərbaycanlının geriyə, öz evlərinə qayıtmaq tələbi fundamental insan hüququdur. Bunu "irredentizm" kimi qələmə vermək etnik təmizləmə siyasətinə, xalqımıza qarşı törədilmiş tarixi cinayətlərə arsızcasına bəraət qazandırmaq cəhdidir. Erməni şovinizminin və etnik təmizləmə siyasətinin daxili mexanizmini elə erməni siyasətçilərinin özləri ifşa ediblər. Ermənistanın ilk baş naziri Ovanes Kaçaznuni 1923-cü ildə daşnak partiyasının konfransına təqdim etdiyi hesabat-manifestində yazırdı: "Biz daşnaklar olaraq yerli müsəlman (türk) əhalisinə qarşı amansız olduq, onları qovduq və torpaqlarını mənimsədik. Biz dövlət qura bilmədik, yalnız fəlakət və terror törətdik." BMT-nin İnsan Hüquqları Bəyannaməsi və mülki-siyasi hüquqlar haqqında beynəlxalq paktlar hər bir insanın öz doğma yurduna təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnu tanıyır. Qərbi Azərbaycan İcması heç bir rəsmi sənədində Ermənistanın suverenliyinə qarşı hərbi təhdid və ya ərazi iddiası irəli sürmür; əsas hədəf beynəlxalq təminat altında öz ata-baba yurdlarına qayıtmaq, orada barbarcasına dağıdılmış mədəni-dini irsini qorumaq və bərpa etməkdir. Bu fəaliyyətlərin, keçirilən beynəlxalq konfransların və tədqiqatların maliyyə tərəfini qorxu alətinə çevirmək isə növbəti acizlik rəmzidir. Dünyanın istənilən yerində qaçqınların hüquqlarını müdafiə edən proseslər dövlətlər və fondlar tərəfindən dəstəklənir. Ermənistanın xaricdəki terror yönümlü lobbi təşkilatlarına və saxta iddiaların təbliğinə hər il milyonlarla dollar xərclədiyi bir şəraitdə, Azərbaycanın öz vətəndaşlarının pozulmuş hüquqlarını beynəlxalq müstəvidə, qlobal konfranslar çərçivəsində dilə gətirməsi tamamilə qanuni, şəffaf və sarsılmaz bir haqdır.
Azərbaycan dövlətinin daxili sosial-iqtisadi məsələləri ilə Qərbi Azərbaycan irsini qarşı-karşıya qoymaq, ucuz sosial manipulyasiya etmək tezisi tamamilə iflasa uğramışdır. Azərbaycan dövləti həm öz vətəndaşlarının sosial rifahını təmin etmək, həm də etnik təmizləməyə, qətliamlara və qovulmalara məruz qalmış yüz minlərlə insanın pozulmuş mülkiyyət, yaşamaq və qayıdış hüququnu qətiyyətlə müdafiə etmək qüdrətinə malikdir. Qərbi Azərbaycan mövzu-konsepti müvəqqəti bir siyasi alət və ya kabinet layihəsi deyil, bütöv bir xalqın tarixi yaddaşı, milli iradəsi və Qarapapaq türklərinin qan yaddaşıdır. Ermənistanın aparıcı tarixçilərindən olan Leo (Arakel Babaxanyan) öz əsərlərində erməni kilsəsinin və millətçilərinin yerli Türk xalqına qarşı xəyanətlərini yazmaqdan çəkinməyərək qeyd edirdi ki, "Bizim tariximiz reallıq üzərində deyil, xaricdən gələn təlimatlar və uydurmalar üzərində qurulub." Ermənistanın saxta tarix, terror və mənimsənilmiş toponimlər üzərində qurduğu ideoloji divarların bir gün real tarixi faktlar, sənədlər və elə öz müəlliflərinin çılpaq etirafları qarşısında parça-parça söküləcəyi qorxusu onları bu cür səthi, qorxaq və şər xarakterli yazılar yazmağa vadar edir. Lakin tarixi və hüquqi reallığı yalan, korrupsiya və şəxsi hücum ittihamları ilə dolu bəsit bir mətnlə silmək, o torpaqlardakı Türk izini yox etmək mümkün deyildir. Qərbi Azərbaycan tarixin yaddaşında, xəritələrin mərkəzində, viran qoyulmuş qədim qəbiristanlıqlarımızın daş yaddaşında və yüz minlərlə insanın qəlbində yaşayan canlı, sarsılmaz bir həqiqətdir; hüquq və ədalət gec-tez öz yerini tapacaq, doğma torpaqlara ləyaqətli qayıdış mütləq təmin olunacaqdır.
Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2026
15:07 "Anam çox mehribandır"