Mobil versiya
Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçiriləcək
Tarix: 17-06-2026 | Saat: 16:46
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçiriləcək

Növbəti Azərbaycan-Özbəkistan Regionlararası Forumunun 2026-cı ilin avqustunda keçirilməsi planlaşdırılır.

aia.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu Özbəkistan İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin Xüsusi İqtisadi və Sənaye Zonalarının İnkişafı Departamentinin direktoru Sahib Saifnazarov Özbəkistan-Azərbaycan Sənaye və İqtisadi Zonalar Forumunda bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin təməli hələ 1995-ci ildə qoyulub, 1998-ci ildən isə Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir.

S.Saifnazarov qeyd edib ki, iki ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər iqtisadi əlaqələrin fəal inkişafına təkan verir: "Hazırda Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 367 müəssisə fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də artır. 2025-ci ilin yekunlarına görə o, 15 % artıb, cari ilin dörd ayı ərzində isə artım artıq demək olar ki, 49 % təşkil edib".

Nazirliyin nümayəndəsi Özbəkistanda azad iqtisadi zonaların inkişafından da danışıb. Azad iqtisadi zonalar haqqında qanunun hələ 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, ilk belə zona yalnız 2008-ci ildə fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, hazırda beynəlxalq ekspertlərin iştirakı ilə azad iqtisadi zonalar haqqında qanunun yeni redaktəsi hazırlanıb: "Bu sənəd aidiyyəti nazirlik və idarələrlə razılaşdırma mərhələsindən keçir".

S.Saifnazarov qanunvericiliyin daha da təkmilləşdirilməsinin iqtisadi zonaların inkişafına təkan verəcəyinə əminliyini ifadə edərək qeyd edib ki, Özbəkistan bu sahədə Azərbaycanın təcrübəsini də nəzərə ala bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-06-2026