Blogerin bacısının orqanları 6 nəfərə həyat verdi
Tarix: 17-06-2026 | Saat: 14:05
Bölmə:Şou-biznes | çapa göndər

Bloger Nərmin Əliyevanın (“Narmiw.Niko”) bacısı Məryəm Məmmədova dəfn olunub.
aia.az xəbər verir ki, Nərmin Əliyeva sosial şəbəkə hesabında bacısı ilə bağlı duyğusal paylaşım edib.
O bildirib ki, Məryəm sağlığında olduğu kimi, vəfatından sonra da insanlara kömək etməyə davam edib:
"Bu gün balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi.
Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik mənim mələyim! Hərkəsdən Məryəm Nüşabə qızı adına Vəhşət namazı qılmağını xahiş edirəm".
Xatırladaq ki, Nərmin Əliyevanın bacısı Məryəm Məmmədova avtoqəzada həlak olub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər